Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (16-10-2019, 13:33)
"İlham Əliyev verdiyi hər bir vədi yerinə yetirib" - Ramin Əhmədov

 
“İlham Əliyevin ilk dəfə prezident seçilməsindən 16 il keçir. 16 il öncə, bu gün İlham Əliyev 76 faizdən çox səslə xalqın etimadını qazanmışdı. Seçici sonrakı illərdə də ölkə başçısına etimad göstərdi və İlham Əliyev 2008, 2013 və 2018-ci illərdə keçirilən seçkilərdə rəqiblərini geridə qoyaraq Azərbaycan prezidenti seçildi. Biz tam əminliklə deyə bilərik ki, geridə qoyduğumuz 16 il Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq. Gələcək nəsillər bu illəri ehtiramla yad edəcək və İlham Əliyevin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri həmişə qürurla xatırlayacaqlar”.


Missiya.Az xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının Nizami rayon Təşkilatının sədr müavini Ramin Əhmədov İlham Əliyevin ilk dəfə prezident seçilməsindən ötən dövrü şərh edərkən deyib.

Ramin Əhmədov prezidentin 16 il ərzində ölkəmizin üçün yorulmadan xidmət etdiyini və bu illər ərzində Azərbaycanı dünyanın nüfuzlu və dinamik inkişaf edən dövlətlərindən birinə çevirdiyini bildirib. 



Prezidentin 16 illik fəaliyyətini yüksək qiymətləndirən YAP rəsmisi qeyd edib ki, ölkə başçısı bu illər ərzində qarşısına qoyduğu bütün hədəflərə çatıb: “Prezident ilk seçki kampaniyasında bildirmişdi ki, qısa müddət ərzində Azərbaycanda bir dənə də qaçqın şəhərçiyi qalmayacaq. Həmçinin prezident 600 min yeni iş yerinin açılacağını da bəyan etmişdi. İlham Əliyev seçicilərinə verdiyi hər iki sözü tutdu. İndi Azərbaycanda qaçqın şəhərçiklərinə rast gəlinmir, işsizlik 5 faiz həddindədir. İlham Əliyevin seçicilər qarşısında verdiyi bütün sözlərə əməl etməsi, onun növbəti prezident seçkilərində ard-arda qalibiyyətlər qazanmasına zəmin yaratdı. Məhz İlham Əliyevin sayəsində bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynayır. Həyata keçirilmiş uğurlu xarici siyasət nəticəsində tarixi diplomatik uğurlara imza atılıb. Bizim səsimiz BMT, AŞ, ATƏT, NATO və bütün digər nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunalarından gəlir, qlobal güclər Azərbaycan liderinin mövqeyi ilə hesablaşırlar. Regionda İlham Əliyevin imzası olmadan heç bir layihə həyata keçirilə bilməz”. 


 




YAP rəsmisi bildirib ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi altında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqlardan üstün mövqelər əldə edib: “Azərbaycan işğalçı ölkəni daim təzyiq altında saxlayır, bütün beynəlxalq tribunalarda qarşı tərəf tutarlı faktlarla yerindəcə susdurur. Azərbaycan 16 il ərzində Ermənistanı hərbi sahədə də üstələyib. 2016-cı ilin aprel ayında baş vermiş döyüşlər Ermənistan ordusunun “məğlubedilməzlik” mifini darmadağın etdi. Bu illər ərzində Azərbaycanda ordu quruculuğuna xüsusi diqqət yetirilib. Ölkəmiz İlham Əliyevin siyasi gedişləri sayəsində Ermənistanla bir ittifaqda olan dövlətlərdən silah alır. Bu sırada Rusiya və Belarusu misal çəkmək olar. Hər iki ölkə Ermənistanla hərbi və iqtisadi blokda olsalar belə, rəsmi İrəvanın mövqeyini heçə sayır və Azərbaycanla hərbi sahədə əməkdaşlığa can atırlar. Bu, İlham Əliyevin şəxsi nüfuzundan irəli gələn uğurdur. İlham Əliyev ötən illər ərzində Azərbaycan üçün yalnız dostlar qazandı. Bizim Ermənistandan başqa heç bir qonşumuzla problemimiz yoxdur. Bütün qonşularımızla qarşılıqlı hörmət və ehtiram mühitində əməkdaşlıq edirik”. 



Ramin Əhmədov ölkə başçısının 16 il ərzində əhalinin rifanın yaxşılaşdırılması üçün gördüyü işlərə də toxunub. Onun sözlərinə görə, bu illər ərzində neftdən gələn böyük pul kütləsi insan kapitalına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilib: “Hər il dövlət büdcəsindən maaşların, pensiyaların, təqaüdlərin və digər müavinətlərin artırılması üçün milyardlarla manat pul ayrılır. Bu illər ərzində Azərbaycanın bölgələrində yüzminlərlə yeni iş yeri - zavodlar, fabriklər, ticarət obyektləri inşa edilib. Qaçqınların və məcburi köçkünlərin, aztəminatlı ailələrin, əlillərin və digər bu qabildən olan həssas kəsimin sosial rifahının yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul edilib, sərəncamlar və fərmanlar imzalanıb. Azərbaycan gəncliyi Prezidentin diqqət və qayğısı ilə əhatələnib. Son 16 ildə əhalinin sosial müdafiəsinin güclənməsinə səbəb olan mühüm sosial layihələr reallaşdırılıb, yeni sosial obyektlərin tikintisi istiqamətində əhəmiyyətli işlər görülüb. Güclü sosial siyasətin həyata keçirilməsi əhalinin keyfiyyətli və etibarlı sosial qayğı ilə əhatə olunmasına imkan yaradıb, cəmiyyətin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsinə xüsusi diqqət göstərilib. Son bir il ərzində Azərbaycanda yeni islahat dalğasına start verilib və bu proses çox uğurla həyata keçirilir. İslahatların təməlində Azərbaycan xalqının rifahi dayanır. Prezident 2019-cu ilin əvvəlində ard-arda imzaladığı sosialyönümlü sərəncamlarla maaşları, pensiyaları, müavinətləri və digər təqaüdləri bir neçə dəfə artırıb. Hər il yüzlərlə şəhid ailəsinə mənzillər, Qarabağ əlillərinə avtomobillər hədiyyə edilir. Həmçinin prezidetin 2019-cu il 28 yanvar tarixli Fərmanı ilə şəhid ailələrinin vərəsələrinə birdəfəlik ödəmələrin verildi. Bundan başqa, problemli kreditlərin dövlət tərəfindən ödənilməsi də olduqca böyük addım kimi tarixə düşdü. Bu kimi tədbirlər göstərir ki, Azərbaycanın maliyyə imkanları böyük sosial layihələrin həyata keçirilməsinə imkan verir". 

 

İlham Əliyevin Azərbaycanı dünyanın ən sabit ölkələrindən birincə çevirdiyini deyən Ramin Əhmədov bildirib ki, bu gün siravi vətəndaş, evində, işində, gəzintidə, istirahətdə özünü tam təhlükəsiz hiss edir: “Çünki ölkə başçısının yeritdiyi siyasət Azərbaycanı bütün xarici və daxili təhlükələrdən qoruyur. Dünya Azərbaycanı “təhlükəsizlik adası” kimi tanıyır və beynəlxalq tədbirlərin, yarışların ölkəmizdə keçirilməsinə tərəddüdsüz razılıq verir. Təbii ki, bütün bunlar dəqiq və nizamlı siyasətin məntiqi nəticəsidir”.
R.Əhmədov sonda vurğulayıb ki, Azərbaycan Prezidenti yüksək ideyalarla yaşayan, xalqını dəqiq hədəflərə doğru aparmağı bacaran liderdir: “Azərbaycan xalqı inanır ki, qarşıdakı illərdə ölkəmiz daha böyük uğurlara imza atacaq”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 05 2024
19 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
18 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024
17 05 2024