Siyasət (29-05-2019, 11:49)
Hikmət Hacıyev: Futbol siyasiləşdirilməməlidir

Onun sözlərinə görə, gəlməməklə bağlı qərar onun və klubunun qərarıdır.
“Biz Azərbaycan olaraq bəyan etmişik ki, Mxitaryan da daxil olmaqla, Bakıda oynamağa gələn bütün futbolçuların təhlükəsizliyinə zəmanət verəcəyik. Təəssüf ki, futbolun siyasiləşdirilməsi tendensiyasını və ya cəhdlərini görürük ki, bu da qəbuledilməzdir.
Futbol, ümumiyyətlə, idman siyasətdən uzaqdır və siyasiləşdirilməməlidir. Bu xüsusda biz Azərbaycana qarşı informasiya müharibəsini görürük. Hər iki kluba - “Arsenal” və “Çelsi”yə uğurlar arzu edirik.
Bütün Avropa qitəsində futbolun əsl dəyərlərinin təşviq edilməsinin və şəxsi məqsədlər üçün futbolu siyasiləşdirən elementlərin qarşısının alınması üçün birlikdə çalışmağın tərəfdarıyıq”, - deyə Hikmət Hacıyev bildirib.
Hikmət Hacıyev Azərbaycan və Ermənistan arasında münaqişənin mövcud olduğunu, lakin nə futbolun, nə də Mxitaryanın hansı millətdən olmasının bununla əlaqəsinin olmadığını və onun futbolçu kimi Azərbaycana gələ biləcəyini əlavə edib
“Ermənistan Azərbaycana qarşı müharibəni davam etdirir və Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayır. Bir milyon azərbaycanlı etnik təmizləməyə məruz qalıb. ABŞ, Fransa və Rusiya vasitəçi qismində münaqişənin sülh yolu ilə həlli üçün çalışırlar.
Azərbaycan bu səyləri dəstəkləyir. Beynəlxalq ictimaiyyət ilə birlikdə tezliklə münaqişənin həlli yollarına nail olmağa və Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərinin işğalına son qoymasına çalışırıq”

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
19 05 2025
19 05 2025
19 05 2025
Münəvvər Kələntərlinin oğlu bomj vəziyyətində yaşayır: “Məni uşaq evinə qoydu, erməniyə əsir düşdüm”
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
19 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025