Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (17-04-2019, 18:30)
Lavrov Qarabağla bağlı son razılaşmalardan danışdı

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə aparılan müzakirələr tərəflərin öz aralarında  ərazi bütövlüyü, xalqların öz müqəddəratını müəyyən etmə, güc tətbiq etməmə prinsipləri əsasında razılaşma yollarını axtarmalarını nəzərdə tutur.
Bunu Rusiya XİN rəhbəri Sergey Lavrov aprelin 15-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya ali diplomatları arasında keçirilən görüşün yekunlarına dair “Moskva-Baku” nəşrinə verdiyi açıqlamada bildirib.
“Burada mənim iştirakımla  Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirildi, sonradan danışıqlara ATƏT-in Minsk qrupunun üç həmsədri və hazırkı ATƏT sədrinin Dağlıq Qarabağ üzrə nümayəndəsi qoşuldu.
2016-cı il təklifinin müzakirə olunduğunu qeyd etdiniz. Başa düşdüyüm qədərilə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov görüşün yekunlarına dair verdiyi müsahibələrin birində bu təkliflərin müzakirə olunduğunu xatırladıb.
Bununla bağlı heç nə əlavə edə bilmərəm. Bu təkliflərin məğzinə gəlincə, onlar həmsədr ölkələrin - Rusiya, Fransa və Birləşmiş Ştatlar dövlət başçılarının bəyanatlarında təsbit olunub.
Onlar ərazi bütövlüyü, xalqların öz müqəddəratını müəyyən etməsi və güc tətbiq etməmə prinispləri əsasında tərəflərin öz aralarında razılaşma yollarını axtarmasını nəzərdə tutur. Sizə sadəcə dövət başçılarının bu qəbildən olan bəyanatlarına, həmçinin, dekabr ayında ATƏT xarici işlər nazirləri şurasının toplantısında qəbul olunmuş son bəyanatları nəzərdən keçirməyi təklif edirəm. Orada iş bütün əsas istiqamətlər üzrə izah olunub. Ancaq detallar, əlbəttə ki, məxfi saxlanılır.
Bazar ertəsi Moskvada keçirilmiş görüşün yekunları əsasında humanitar ölçülərə gəlincə, bu, birgə bəyanatda açıq şəkildə göstərilib. Bəyanat görüşün yekunları əsasında dərc olunub. Bu, tərəflərin xüsusilə kənd təsərrüfatı işlərinin aparıldığı vaxt sabitliyin təmin edilməsi üçün əlavə səylərin göstərilməsi ilə bağlı tərəflərin öz aralarında orta məxrəcə gəlməsinin vacibliyini vurğulayır.
Qohumların həbsdə olan yaxınları və əzizlərinə baş çəkə bilməsi üçün və insanlar, o cümlədən, KİV nümayəndələri ilə əlaqələrin yaradılmasına icazə verilməsi üçün şəraitin yaradılması ilə bağlı razılaşmadan ibarətdir. Mənə elə gəlir bu çox faydalı bir razılaşmadır.
Şərhlərdə oxumuşdum ki, oxşar şeylər, xüsusilə humanitar sferada, əvvəllər də razılaşdırılsa da, heç də hər zaman yerinə yetirilməyib. Bu, həqiqətdir. Ancaq Moskvada baş tutan görüşün yekunlarına əsasən, düşünməyə əsas var ki, nə Bakı, nə də Yerevan bu razılaşmaların kağız üzərində qalmasında maraqlı deyil. Bunu hazırda aparılan işlərin atmosferindən də hiss etmək olur”.
шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025