Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (15-04-2019, 11:15)
ABŞ səfiri: Azərbaycan “qlobal şərlə” mübarizədə liderdir

 ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Bakının beynəlxalq təhlükəsizliyə, o cümlədən, narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizəyə verdiyi töhfələri təqdir edib.
“Azərbaycan rəhbərliyi  beynəlxalq təhlükəsizliyin təmin olunması sahəsində bizim etibarlı tərəfdaşdır. Narkotikin hər bir ölkə üçün hansı təhlükələri daşıdığını bilirik, Azərbaycan bu beynəlxalq şərlə mübarizədə özünü lider kimi göstərib”, - deyə Litzenberger bildirib.
Səfir bu açıqlamanı bu gün Bakıda Narkotik vasitələrlə mübarizə üzrə 36-cı beynəlxalq konfransın açılışında səsləndirib.
Onun sözlərinə görə, narkomaniya ilə mübarizə “bizim yaxınların və tanışların canını alan öldürücü silaha qarşı mübarizədir”.
“Hələ 2000-ci ildə Azərbaycan beynəlxalq koalisiyaya qoşulub və öz hərbi qulluqçularını sabitliyin təmin olunması üçün Əfqanıstana göndərib. Həmçinin, Əfqanıstana yükdaşımalar üçün marşrutlar təşkil edib”, - deyə səfir qeyd edib.
E.Litzenberger ABŞ-ın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
“Azərbaycan beynəlxalq terror və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizədə ABŞ-ın vacib tərəfdaşıdır. Bizim tərəfdaşlıq bundan sonra daha da böyüyəcək, biz narkotik vasitələrlə mübarizə istiqamətində daha effektiv metodlar yaratmaq niyyətindəyik”, - deyə diplomat diqqətə çatdırıb.
шаблоны для dle 11.2

Xəbər lenti
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
18 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
17 05 2025
16 05 2025
16 05 2025
16 05 2025
16 05 2025