Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (28-01-2019, 14:30)
İsrailli ekspert: Erməni XİN Holokostdan danışdı, yəhudiləri xatırlamadı

 Ermənistan XİN-in yanvarın 27-də Holokost Qurbanlarının Beynəlxalq Anım günü münasibətilə yaydığı bəyanatda bir dəfə olsun yəhudi sözünü işlədilməyib.
Mediatv.az xəbər verir ki, bu, tanınmış israilli siyasi şərhçi Avraam Şmulyeviçin diqqətini çəkib.
“Onun bəyanatı Sovet hakimiyyətini yadıma saldı; “yəhudi” sözündən heç vaxt istifadə olunmurdu, yalnız “sovet vətəndaşları, faşizm qurbanları” deyərdilər. Nasizmin vəhşilikləri haqqında kitablarda və yəhudilərin qətlə yetirildiyi yerlərdə ucaldılan azsaylı abidələrin yazısında məhz bu ifadələrdən istifadə olunurdu”, - deyə Avraam Şmulyeviç öz “Facebook” səhifəsində yazıb.
Ermənistan XİN-in bəyanatında nələr yazılıb?
“Bu gün biz Holokost zamanı həlak olmuş altı milyon dünyanı xatırlayırıq. Bu gün biz nifrət və zorakılıq nəticəsində həyatını itirmiş altı milyon dünyanı xatırlayırıq. Kişilər, qadınlar, oğlan və qız uşaqları – onların hər birinin öz arzusu var idi. Sevib-sevilirdilər. Onların qarşısında müqəddəs bir borcumuz var: bu dəhşətin təkrarlanmasına heç vaxt  imkan verməməliyik”.
Həqiqətən də, soyqırım qurbanı olmuş yəhudilərdən bir kəlmə belə deyilmir. Görünür, bu, “erməni soyqırımı”nı tanımayan İsrailə rəsmi Yerevanın özünəməxsus bir cavabıdır. Çünki İsrailin konkret və aydın mövqeyi var: “erməni soyqırımı”nı “Holokostla” müqayisə etmək mümkün deyil.
шаблоны для dle 11.2

Xəbər lenti
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
14 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024
13 11 2024