Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (13-11-2024, 17:24)
Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşəcəyinə ümid edir - AÇIQLAMA

Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşəcəyinə ümid edir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan suriyalı həmkarı Bəşər Əsədlə görüşəcəyinə ümid edir.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə lideri Azərbaycandan dönərkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu görüş Türkiyə - Suriya münasibətlərinin normallaşması üçün önəmlidir:

“Mən hələ də Bəşər Əsədlə bağlı ümidliyəm. Mən hələ də bir araya gəlib Suriya-Türkiyə münasibətlərini yoluna qoyacağımıza ümid edirəm. Çünki Suriya ilə Türkiyə arasındakı terror strukturlarını məhv etməliyik”.

Ərdoğan onu da əlavə edib ki, Suriyada ədalətli və davamlı sülh üçün zəmin var.

“Buna nail olmaq üçün atılacaq addımlar da aydındır. Normallaşma ilə bağlı Suriya tərəfinə əlimizi uzatdıq. Bu normallaşmanın Suriya torpaqlarında sülh və əmin-amanlığın qapısını açacağına inanırıq. Suriyanın ərazi bütövlüyünü təhdid edən biz deyilik. Suriyanın ərazi bütövlüyü terrorçular, xüsusilə PKK/PYD/YPG terror təşkilatı tərəfindən təhdid edilir. Suriyanın ərazi bütövlüyü əksər ölkələrə səpələnmiş suriyalılar tərəfindən təhdid edilmir. Əsəd bunu dərk etməli və ölkəsində yeni ab-hava yaratmaq və onu qorumaq üçün addımlar atmalıdır. Ətraflarındakı İsrail təhlükəsi nağıl deyil. Bölgədəki yanğının qeyri-sabit ərazilərdə sürətlə yayılacağını unutmamalıyıq”, - deyə, o vurğulayıb.

Ərdoğanın sözlərinə görə, həm Bakıda, COP-29 çərçivəsində, həm də Ər-Riyadda baş tutan İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının qeyri-rəsmi zirvə görüşü zamanı aparılan danışıqların nəticəsi olaraq Suriyada bundan sonra atılacaq addımlar böyük əhəmiyyət kəsb edir.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024
20 11 2024