Siyasət / Slayd (14-07-2014, 00:57)
Keçmiş deputat müstəntiqi məhkəməyə verdi - Təzminat davası (Özəl)
Keçmiş deputat Gültəkin Hacıbəyli Xətai rayon Prokurorluğunda müstəntiq işləyən keçmiş həyat yoldaşı Mahmud Mehdiyevdən yenidən şikayət verib.
Bu barədə Mediatv.az-a verilən məlumata görə, sabiq deputat keçmiş həyat yoldaşından yeganə övladları üçün maddi təminat tələb edir: «Gültəkin Hacıbəyli keçmiş həyat yoldaşı, hazırda Xətai rayon Prokurorluğunda müstəntiq vəzifəsində işləyən Mahmud Mehdiyevdən şikayət verərək, onun uşağa görə əlavə xərclərdə iştirakının təmin edilməsini tələb etməyə başlayıb. Hazırda sabiq deputatın şikayəti Bakı Apellyasiya Məhkəməsində hakim Aygün Abdullayevin sədrliyi ilə baxışa qəbul olunub».
Mediatv.az.axəbər verir ki, hakim Aygün Abdullayeva şikayət üzrə iyulun 16-na iclas saatı təyin edib.
İş materiallarında olan məlumata istinadən Mia.az onu da bildirilir ki, Gültəkin Hacıbəylinin keçmiş həyat yoldaşı birinci instansiya məhkəməsində işləmədiyini əsas gətirərək tələbin təmin edilməsinə qarşı çıxıb: «Amma iş materiallarına əlavə olunmuş sənədə görə, Mahmud Mehdiyev yalan məlumat verib. Belə ki, Gültəkin Hacıbəyli Baş Prokurorluğun Maddi-texniki təminat şöbəsinin müdiri Niyazi Əmişovun imzası ilə məhkəməyə rəsmi sənəd təqdim edib. Həmin sənədə görə Mahmud Mehdiyev Xətai rayon Prokurorluğunda müstəntiq vəzifəsində çalışır və maaşı da 1130.50 (min yüz otuz manat əlli qəpik) manatdır».