Siyasət (28-02-2018, 10:49)
ABŞ-da daha bir Konqres üzvü Xocalı ilə bağlı bəyanat verdi
ABŞ Konqresində Şimali Karolina ştatını təmsil edən respublikaçı Virciniya Foks Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Mediatv.az AZƏRTAC-a istinadən xəbər verir ki, konqres üzvü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc sakinlərin, o cümlədən qadın, uşaq və qocalar daxil olmaqla, 613 nəfərin qətlə yetirildiyini vurğulayaraq, bu insanların xatirəsinin anılmasının vacibliyini qeyd edib.
V.Foks Azərbaycanın ABŞ-ın etibarlı dostu və dəyərli tərəfdaşı olduğunu bildirərək, onun beynəlxalq terrorizmə qarşı mübarizədə hər zaman ABŞ-a dəstək olduğunu, eləcə də, regional iqtisadi inkişafa töhfə verdiyini və “Yeni İpək yolu”nun bərpasında səylər göstərdiyini vurğulayıb.
Sonda Konqres üzvü Xocalı qurbanlarının xatirəsini yad edərək, Azərbaycan xalqına başsağlığı verib.