Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-10-2015, 14:51)
"Yerli icra hakimiyyətləri ləğv edilməldir" - Razi Nurullayev

 

“İcra başçıları rayonları kolxoz sədrləri kimi idarə edirlər”.

Mediatv.az xəbər verir ki, bu sözləri ölkədəki sosial-iqtisadi problemlərdən danışan AXCP sədri Razi Nurullayev deyib.

Sədr qeyd edib ki, hazırda ölkə iqtisadiyyatında çox ciddi problemlər mövcuddur: “Düzdü dövlət başçısı bu problemlərin həlli istiqamətində bəzi addımlar atır - gömrük qaydalarında sadələşdirmələr aparıldı, bəzi nazirliklərin səlahiyyətləri əlindən alındı, bəz nazirlər istefaya göndərildi, bələdiyyələrin torpaq satışına qadağa qoyuldu, vergilər nazirliyində həbslər həyata keçrildi, vergi yolxlamaları məhtudlaşdırıldı. Lakin bütün bunların fonunda birbaş probelmin həllinə gedən yol görünmür. Çünki, iqtisadi problemlərin kökündə siyasi problemlər dayanır. İqtisadi problemlərin həlli üçün öncə siyasi problemlər həll olunmalıdır. Bunun üçün bu gün biz çalışırıq ki, müxalifətdə təmizələmələr aparaq, yeni, müasir fikirli, perespektivli, potensiallı gənclərin önünü açaq. Əgər müxalifət güclü olarsa, o zaman hakimiyyət də ehtiyyatlı davranmağa, hər addımını ölçüb-biçməyə məcbur olar, müxalifətlə hesablaşar. Lakin, uğur əldə etmək üçün müxalifətdə yenilənmələr kifayət deyil. İqtidar da öz tərkibində ciddi təmizləmələr aparmalıdır. Nazirliklərdə, Milli Məclisdə, Prezident Aparatında köklü dəyişikliklər edilməlidir. Xaricdə təhsil alan savadlı gənclərə görəv verilməlidir, onlar vəzifəyə gətirilməlidir”. 

Region əhalisinin sosial durumunun ağır olduğunu dilə gətirən R. Nurullayev qeyd edib ki, problemlərin həlli üçün yerli icra orqanları ləğv edilməlidir: “Regionlarda da durum heç ürəkaçan deyil. Əhali ciddi sosial-iqtisadi problemlərlə çarpışır. Bu problemlərin də kökündə icra başçıları durur. Onlar rayonları kolxoz sədrləri kimi idarə edirlər. Prezident öz konstitusion səlahiyyətlərindən istifadə edərək bütün icra başçılarını kütləvi istefaya göndərməlidir. Onların yerinə işgüzar, xaricdə təhsil almış, müasir fikirli gənclər gətirilməlidir. İslahatın növbəti dalğası kimi isə yerli icra hakimiyyəti orqanları ləğv edilməlidir, həmin gənclər isə yerlərdə prezidentin səlahiyyətli nümayəndələri kimi saxlanılmalıdır. İcra hakimiyyətlərinin səlahiyyətləri isə bələdiyyələrə verilməlidir”.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024