Siyasət (9-10-2015, 12:46)
Rektor deputatın kadrlarını “vurur”
Şəmsəddin Hacıyevin yenidən deputat olmaq imkanı var. Bu da Azərbaycan Dövlət İqtisad Universitetində tərəfdarlarını hərəkətə gətirib.
Mediatv.az-ın xəbərinə görə, 29 saylı Səbayel Seçki Dairəsindən YAP-ın vahid namizədi olan sabiq rektora qarşı sələfi fəallaşıb.
“Reytinq” qəzeti yazıb ki, Şəmsəddin Hacıyevin qardaşının qudası Müzəffər Məmmədov, Həsən İsrafilov, keçmiş köməkçisi Zəfər Bayramov, elm və innovasiyalar üzrə prorektor vəzifəsindən çıxarılan Əvəz Bayramov və digərlərinin seçkidən sonra etiraz dalğasına start verəcəkləri gözlənilir.
İndiki rektor Ədalət Muradovun adıçəkilənləri vəzifələrindən azad etməsi və bu günədək heç bir şərait yaratmaması narazılıq doğurub.
Ədalət Muradovun Əvəz Bayramovu «vurmaq»la Şəmsəddin Hacıyevə son xəbərdarlığını elədiyini iddia edən mənbə deyir ki, keçmiş rektora Həsən, Müzəffər, Zəfər və ya digər tərəfdarlarının "vurulması”ndan daha çox təsir edən faktorlar var.