Siyasət / Slayd (10-09-2015, 16:22)
Ziya Məmmədovun məşhur oteli əlindən alındı
Qubadakı “Rixos Quba” otel nazir Ziya Məmmədovla oğlu Annar Məmmədovdan alınıb. "Mediatv.az" xəbər verir ki, virtualaz.org saytının mötəbər qaynaqlardan əldə etdiyi digər məlumata görə, otelin bu günlərdə başqa mülkiyyətçiyə keçdiyi bildirilir.
Xatırladaq ki, prezident İlham Əliyev nəqliyyat sektorundakı problemləri bir neçə dəfə tənqid edib. İki gün əvvəl prezident iqtisadi məsələlərə və büdcə layihəsinə həsr olunmuş müşavirədə də nəqliyyat sahəsində ciddi problemlərin olduğunu qeyd edib. Bu sahədə bəzi səlahiyyətlərin artıq ASAN xidmətə verildiyini xatırladıb.
***
Məmmədovlarla bağlı daha bir xəbər isə report.az saytında yayımlanıb. Bildirilir ki, Məmmədovlara məxsus "Transgate"in bütün marşrut avtobusları xəttən çıxarılıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızının sözlərinə görə, şirkətə məxsus avtobuslar istifadəyə yararsız olub və nəticədə xətdən uzaqlaşdırılıb: "Bu yaxınlarda "Transgate"ə məxsus avtobusda yanğın baş verib və digər texniki nasazlıqlar da qeydə alındığı üçün həmin avtobuslar xəttən çıxarıldı. Bunun əvəzində başqa daşıyıcılara məxsus daha müasir və keyfiyyətli avtobuslar xəttə çıxarılıb, yəni hazırda eyni xətlə başqa daşıyıcıların yeni avtobusları hərəkət edir".
Qeyd edək ki, "Transgate" MMC-yə məxsus 11 marşrut xəttinin 1-i ləvğ edilib, qalanları isə başqa daşıyıcılara verilib.