Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (7-09-2015, 16:37)
"The New York Times" Xədicənin son sözünü tamamladı

"The New York Times" Xədicənin son sözünü tamamladı

"Azadlıq" radiosunun əməkdaşı jurnalist Xədicə İsmayılın məhkəməsi başa çatıb. Sentyabrın 1-də Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalistin 7 il 6 ay müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarıb. Qaydaya uyğun olaraq məhkəmədə son söz söyləyən məhkum Xədicə İsmayıl öz ampulasına sadiq qalaraq, mövzudan kənar, cinayət işinin mahiyyətinə uyğun olmayan mülahizələrlə məsələni siyasiləşdirməyə çalışıb, Azərbaycan dövlətinə qarşı qeyri-obyektiv və qərəzli ittihamlar səsləndirib. Məhkəmə heyəti onun çıxışını bitirməsini gözləmədən məşvərətə getmək barədə qərar qəbul edib.

X.İsmayılın öz çıxışını tamamlaya bilməməsi xaricdəki bəzi anti-Azərbaycan qrupların narahatlığına səbəb olub. Elə bunun nəticəsidir ki, həmin dairələr X.İsmayılın çıxışının sonluğunu Azərbaycan ictimaiyyətinin diqqətinə "The New York Times" nəşri vasitəsilə çatdırmağı qərara alıblar.
Qəzet yazır ki, Xədicə sonda "mən sizə hökmü çıxarıb gedəndən sonra yaxşı istirahət arzulayıram, arzu edirəm, elə bir gün gəlsin ki, susdurulmuş vicdan daşıyıcısı olmayasınız" fikrini deməliymiş.

"The New York Times"a okeanın o tayında hər hansı bir nəşrə X.İsmayılın öz çıxışını necə tamamlayacağı haradan məlumdur?  Olmaya məhkumun son sözü də ABŞ Dövlət Departamentinin hansısa kabinetində, məsələn, 231-ci otağında hazırlanıb və sonra "The New York Times"a ötürülüb?! Böyük ehtimalla, həmin kabinetlərdən birində də, məsələn, 232-ci otağında da OCCRP adlı qurumun beynəlxalq ictimaiyyətə sırıdığı xəstə təxəyyülün məhsulları istehsal edilir. Axı necə də olmasa həmin materiallar da əvvəllər X.İsmayılın araşdırması kimi təqdim olunurdu. "Böyük analitik" həbs olunandan sonra isə haradansa onun "ardıcılları" peyda oldu və bu "müqəddəs işi" davam etdirmək qərarına gəldilər.

Necə deyərlər, iş həmin işdir, bircə adlar dəyişib. 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024