Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (27-08-2015, 16:10)
"Dünyada bir standart olmalı və hər kəsə eyni münasibət sərgilənməlidir"

"Dünyada bir standart olmalı və hər kəsə eyni münasibət sərgilənməlidir"

Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə ABŞ-da jurnalist qətlinə münasibət bildirərkən deyib.

"Bu gün heç kim ABŞ-a mətbuat işçilərini qorumadığına görə irad bildirmir. Heç ölkənin Xarici İşlər Nazirliyi bəyanat yaymır və heç bir ölkənin milli QHT-si ABŞ-ın dövlət departamentinə hansısa bir nota göndərmir. Bu, belə olarsa, çox əcaib görünərdi. Çünki real həyatda hər bir ölkənin problemləri, normal və anormal insanları var", - o əlavə edib.

Mirzəzadə hesab edir ki, vəziyyətə ABŞ-da, əlbəttə ki, hüquqi qiymət veriləcək. Ancaq belə hadisələr zamanı qəribə bir təzad yaranır.

"Azərbaycanda bir müddət əvvəl bir fotomüxbir xəsarət aldı və sonradan dünyasını dəyişdi. ABŞ-da müəyyən dairələr bu hadisədən Azərbaycana siyasi təzyiq üçün istifadə etməyə başladılar. Azərbaycanda mətbuat azadlığının pozulduğunu, insan hüquqlarının qorunmadığına dair çoxsaylı bəyanatlar verməyə başladılar. Sanki, həmin ilk gündən tədqiq edən, operativ yanaşan Azərbaycan hakimiyyətinin hərəkətindən bunların xəbəri yoxdur. Məsələyə ikili yanaşma, öz ölkəsində olanda buna adi həyat hadisəsi kimi qiymət verən, digər ölkədə olanda isə bunun mətbuata basqı kimi qiymətləndirilməsinin özü qəbuledilməzdir", - deyə o vuğrulayıb.

Millət vəkili hesab edir ki, dünyada bir standart olmalı və hər kəsə eyni münasibət sərgilənməlidir.

"Azərbaycanda mətbuata və mətbuat işçilərinə dövlət tərəfindən böyük bir qayğı var. Mətbuat vergidən azad olunub. Mətbuata qarşı diqqət ən yüksək səviyyədə cənab prezidentimiz tərəfindən göstərilir", - Mirzəzadə qeyd edib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024