Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-08-2015, 23:31)
NATO-nun baş katibi Tiflisə gəlib

NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana ikigünlük rəsmi səfərə gəlib.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Tiflis beynəlxalq aeroportunda NATO-nun baş katibini Gürcüstanın Xarici İşlər Naziri Tamar Beruçaşvili və NATO-nun Gürcüstandakı baş ofisinin rəhbəri Uilyam Lahyü qarşılayıb.

 

Yens Stoltenberq səfər çərçivəsində Gürcüstan prezidenti, baş naziri, parlamentin sədri, xarici işlər naziri və digər hökumət nümayəndələri ilə görüşlər keçirəcək.

 

Sabah NATO baş katibi Gürcüstanın müstəqilliyi uğrunda həlak olan əsgərlərin xatirəsini yad edəcək və  Qəhrəmanlar Memorialı önünə əklil qoyacaq. Baş Katib həmçinin Krtsanisi Təlim Mərkəzində NATO-Gürcüstan birgə Tədris və Qiymətləndirmə Mərkəzinin açılış mərasimində iştirak edəcək.

 

Yens Stoltenberq həmçinin Gürcüstan Silahlı Qüvvələrinin NATO üçün hazırlanan bölmənin əsgərləri ilə görüşəcək.

 

NATO-nun baş katibi Y. Stoltenberq rəsmi görüşlər çərçivəsində bir sıra məsələlər, o cümlədən Gürcüstanın NATO-ya daxil olması və bu istiqamətdə atılan addımlar, həmçinin Gürcüstanın NATO-nun 2016-cı ildə Varşavada keçiriləcək sammitinə hazırlıq prosesi müzakirə olunacaq.

 

Qeyd edək ki, bu NATO baş katibinin Gürcüstana ilk səfəridir.  Onu Gürcüstana rəsmi səfər çərçivəsində NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi  Ceyms Appaturay və digər nümayəndələr müşayiət edir.

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024