Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (24-08-2015, 12:42)
“Hafka” Ziya Məmmədova meydan oxudu - İDDİA

Ötən həftəsonu Beynəlxalq Banka kredit borcunu qaytarmadığı üçün həbs edilən 17 iş adamının həbs müddəti uzadıldı. Qeyd edək ki, həbs edilən bütün biznesmenlər DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Ədliyyə Nazirliyinin 1 saylı istintaq təcridxanalarında saxlanılırlar. İddialara görə, bu günə qədər borclu oliqarxlardan cəmi 160 milyon dollar geri alına bilib. Bu səbəbdən də həbslərin davam edəcəyi gözləniləndir.


Həbs təhlükəsi ilə üzləşən və buna görə ölkəni tərk edən, daha sonra isə yenidən Azərbaycana dönən Hafiz Məmmədovun (“Hafka”) adı isə sanki yaddan çıxıb. Çünki Beynəlxalq Bankdan çox böyük həcmdə kredit götürüb qaytarmayanlardan biri də məhz H.Məmmədovdur. Banka bir neçə 100 milyon manat borcu olan “Hafka” aldığı krediti qaytarmadığına görə Beynəlxalq Bank tərəfindən hətta məhkəməyə də verilib. 

H.Məmmədov Beynəlxalq Bankdan 100 milyonlarla manat krediti 2008-ci ildə yaratdığı “Baghlan Group” holdinqin adına götürüb. Xatırladaq ki, H.Məmmədov barəsində Nəsimi Rayon Məhkəməsinin hələ mayın 18-də həbs qətimkan tədbiri seçdiyi barədə xəbərlər yayılmışdı. Həbs ediləcəyindən əvvəlcədən xəbərdar olan iş adamı Azərbaycandan çıxa bilmişdi. Məlum olmuşdu ki, qalmaqallı biznesmen Londondadır və müalicə olunur.

İqtidarın Beynəlxalq Bankdan götürülən kreditlərin mənimsənilməsi ilə bağlı başlanmış cinayət işində heç kimə güzəştə getməməsi xəbərləri fonunda “Hafka”nın adının borclular siyahısında hallanmaması təəccüb doğurur. 

Əldə etdiyimiz məlumata görə, borc bataqlığında olan “Hafka” son bir ayda möcüzəvi şəkildə dirçəlib. Bunu onun prezidenti olduğu “Bakı” klubunun maliyyə vəziyyətinin düzəlməsi də təsdiq edir. Belə ki, bir neçə gün əvvəl “Hafka” futbolçuların hətta başa çatmamış avqust ayına olan məvaciblərini verib. Klubun sahibi futbolçulara çatdırıb ki, bundan sonra maaşlarını vaxtında alacaqlar.

Daha maraqlı və sensasion hadisə isə biznesmenin “Bakı” klubunun rəsmiləri ilə görüşündə baş verib. “Hafka” onun əleyhinə kampaniya aparanların tezliklə əməllərindən peşman olacaqlarını bildirib. H.Məmmədov “çox şükür, indi çox rahatam, bütün problemlər, demək olar, həll olundu, qalıb 1-2 məsələ... Onlar da vaxt almayacaq” - deyib. O, kimlərəsə mesaj da verib: “Görəcəksiz, ayağıma gələcəklər. Mənə arxadan zərbə vuranlar öz cəzalarını alacaqlar. Mən Allahıma və dövlətimə çox inanıram. Haqq iş yerdə qalmaz. Son 2 ildə olanları heç kimə arzu eləmirəm. Yaxşı günlərimiz bundan sonra başlayır. Ümumiyyətlə, çox adamı tanıdım”. 

Məlumdur ki, “Hafka”nın sahibi olduğu “Bakı” futbol klubunda maliyyə böhranı səbəbindən klubun səhmlərini nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovla Beynəlxalq Bankın o vaxtkı sədri Cahangir Hacıyev nəzarətə keçirmək üçün çox çalışırdılar. “Hafka”nın tikanlı sözlərinin də C.Hacıyevə və bir vaxtlar verdiyi müsahibədə “atam” dediyi Ziya Məmmədova ünvanladığı aydındır.

H.Məmmədov uzun müddət Ziya Məmmədovla biznes ortağı olub və onun himayədarlığı altında iqtisadi imperiya qurub. Lakin iş adamının iflasa uğraması, nəqliyyat nazirinin ona yardım etməməsini göründüyü kimi, “Hafka” “arxadan zərbə” hesab edir. 

İddialara görə, “Hafka”nın Məmmədovlarla artıq heç bir ortaqlığı qalmayıb. İş adamı isə daha qüdrətli bir məmur-oliqarxın “krışalığı”altına keçdiyindən maliyyə vəziyyətini düzəldib və həbs təhlükəsindən qurtulub. Amma bu “krışalıq” müqabilində H.Məmmədov biznesinin ən gəlirli sahəsindən - neft daşımaları biznesindəki kvotasından məhrum olub. Çünki H.Məmmədovun sürətlə milyarderə çevrilməsi məhz neft daşımalarındakı payı sayəsində mümkün olmuşdu və o, həmin biznesdən əldə etdiyi gəlirləri biznesin digər sahələrinə yönəldərək sərvətini artırırdı. İndi isə özünün dediyi kimi, problemlərini həll edib və rahatdır. Amma onun əvvəlki qüdrətini qaytaracağı və kimlərinsə onun ayağıma gələcəyi real deyil.

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024