Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (13-08-2015, 15:11)
"İşçiləriniz indi hansı sərvətlərə sahibləniblər?" - Komitə sədrinə təftiş mesaj verildi

Ramiz Həsənov sədri olduğu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində ikili idarəçilik sistemi yaranıb.

 
Bu barədə sahibkarlardan biri məlumat verib.
 
Onun sözlərinə görə, komitə yanında fəaliyyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun ayrı-ayrı regional şöbə rəisləri nəinki qanunlara, heç komitənin məsul şəxslərinin belə tapşırıqlarına məhəl qoymurlar:
 
«Baxın, komitə sədri və məsul əməkdaşları tez-tez prezidentin çıxış və tapşırıqlarından danışaraq, sahibkarların qanunsuz incidilməməsindən, onlara şərait yaradılmasından ağız dolusu bəhs edirlər. Ancaq real mənzərə tamam başqa cürdür. Belə ki, adıçəkilən xidmət və onun regional şöbələri daha çox varlanmaq naminə sahibkarlara qoyulan "aylıq” və "illik hesab” planını da son son aylar artırıblar. Bu işin başında isə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında fəalyiyət göstərən Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti və onun ayrı-ayrı regional şöbələri durur. Onlar açıq şəkildə sahibkarları komitə sədrinin adıyla təhdid edərək, öz məqsədlərinə nail olmağa çalışırlar. İş adamlar üçün komitənin sədri Ramiz Həsənov deyil,  sözügedən xidmətin rəisi Əbülfət İmanovdur.  Onlar hər bəhanə ilə sahibkarlıq obyektlərinə müdaxilə edərək, haqsız qazanc tələb edirlər.  Xidmət əməkdaşları son aylar əsasən yanacaqdoldurma məntəqlərinə yönələn "hücumları”nı da intensivləşdiriblər. İndi hər yanacaqdoldurma məntəqəsindən "illik birdəfələlik haqq” olaraq 5 min manat, ay ərzində isə 500-1000 manat «aylıq haqq» tələb edirlər. Bu sahədə ən qaba davranış isə  Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt regional şöbəsi tərəfindən həyata keçirilir».
 
Məlumatlı şəxs deyir ki, bununla bağdı dəfələrlə komitənin ayrı-ayrı məsul şəxslərindən kömək istəyiblər: 
«Doğrudur, bunu rəsmi etməmişik. Qeyri-rəsmi xahiş etmişik ki, bizləri bu xidmətin qoçusayağı hərəkətlərindən qorusunlar. Ancaq komitədə Ramiz Həsənova ən yaxın olan vəzifəli şəxslər belə, Əbülfət İmanovun qarşısında aciz olduqlarını deyiblər. Hətta bizə məsləhət görürlər ki, bununla bağlı ölkə rəhbərliyinə və prokurorluğa müraciət edək. Ancaq çox yaxşı bilirik ki, belə müaciət etsək, xidmət rəhbərliyi ən uzağı bir-iki arxasız, maaşa baxan işçiləri qurban verəcək. Bu isə daha bir əzab yaradacaq. Yaxşı olar ki, Ramiz Həsənov Əbülfət İmanovun, onun bəzi regional əməkdaşlarının son illərdəki maddi vəziyyəti ilə bağlı bir təftiş başlatsın. O zaman görünəcək ki, maksimum 600-700 manat maaş alan vəzifəli əməkdaşları indi hansı sərvətlərə sahibləniblər. Bu təftiş və faktlar isə xidmətin rəhbərliyinə qədər hamısının cəzalandırılmasına ən gözəl səbəb olacaqdır».
"Reytinq" qəzeti

 

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024