Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (3-06-2015, 15:57)
Arif Hacılı: “Müsavat Partiyası təkliflərini iqtidar-müxalifət görüşünün cari məsələlər bölümündə qaldıra bilməz”

 

 
 “70-dən çox dairədən namizədləri müəyyənləşdirmişik”
Mediatv.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Müsavat Partiyasının başqanı Arif Hacılı deyib. O bildirib ki, partiya Azərbaycanda keçiriləcək parlament seçkilərinə ciddi şəkildə hazırlaşır: “Müsavat Partiyasının Məclisi ötən ilin sonunda parlament seçkilərinə hazırlıqla bağlı qərar qəbul edib. Partiyanın strukturları, eyni zamanda rayon təşkilatları bu seçkilərə hazırlıq işini həyata keçirir. Artıq 70-dən çox dairədən Müsavatdan namizəd olacaq şəxslərin adı müəyyənləşib və yəqin ki, Məclisin növbəti toplantılarının birində namizədlərin siyahısı dairələr üzrə təsdiq olunacaq. Eyni zamanda seçki kampaniyası ilə əlaqədar təşkilati-texniki işlərin həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Bunun üçün müvafiq təlimatlar hazırlanaraq rayon təşkilatlarına çatdırılıb. Dairələr və məntəqələr üzrə çalışacaq adamların siyahıları müəyyənləşdirilib. Eyni zamanda biz ölkədə seçki islahatlarının aparılması üçün təklif və tələblərimizin həyata keçirilməsi istiqamətində mübarizəmizi davam etdirmək niyyətindəyik”.
 
A. Hacılı Müsavatın iqtidar-müxalifət görüşündə iştirakı üçün təkliflərini cari məsələlər bölümündə qaldırması ilə bağlı fikirlərə də münasibət bildirib: “Biz iqtidar-müxalifət görüşü üçün təkliflərimizi ən önəmli məsələlər hesab edirik, ona görə də bu təkliflər cari məsələlər kimi müzakirə oluna bilməz”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024