Siyasət (22-05-2015, 23:30)
“Azərbaycanın vəkili olacağam”- Türkiyədə deputatlığa namizəd
“Qırx ildən çoxdur ki, Türkiyədə fəaliyyət göstərən Azərbaycan Kültür Dərnəyinin üzvüyəm. Qəlbimiz həmişə Azərbaycanla birgə döyünüb. Əgər deputat seçilsəm, həm Türkiyə, həm də Avropa Parlamentində Azərbaycanın haqq bağıran səsi olacağam”.
Mediatv.az-ın məlumatına görə, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) deputatlığa namizədliyi irəli sürülmüş Azərbaycan əsilli jurnalist İsa Yaşar Tezəl deyib. O bildirib ki, ötən əsrin 70-ci illərindən bəri MHP-nin üzvü olduğu üçün partiya İğdır şəhərindən onun namizədliyini irəli sürüb: “Rəqib partiyalardan AKP dövlətin resurslarından istifadə edərək, seçki kampaniyası aparır. CXP isə əlindəki külli miqdarda maliyyə vəsaitinə güvənir. Mən isə insan faktoruna arxalanıram. İğdırda doğulmuşam, bu şəhərdə böyümüşəm. Həmişə doğma şəhərimin qayğıları ilə yaşamışam, bir an belə İğdırı unutmamışam”.
İsa Yaşar Tezəl bildirib ki, rəqibləri üzərində qələbə çalmaq üçün gecə-gündüz çalışır: “Bir aydan çoxdur ki, aktiv seçki kampaniyası aparıram. İğdırın ən ucqar kəndlərində yaşayan insanların ayağına gedir, seçki platformamı onlara izah edirəm. Səhər saat 7-dən gecə 12-yə kimi ayaq üstə oluram. Təəssüf ki, sonuncu bələdiyyə seçkilərində səslər parçalandığı üçün azərbaycanlılar İğdırın idarəçiliyini əldən verdilər. Analoji vəziyyətin parlament seçkilərində də təkrarlanmaması üçün çəkici hamımız eyni zindana vurmalıyıq. Azərbaycan xalqından, Bakıda yaşayan dostlarımdan mənəvi dəstək gözləyirəm”.
İsa Yaşar Tezəl onu da bildirib ki, uzun illərdən bəri aktiv siyasi fəaliyyətlə məşğul olsa da, heç vaxt Azərbaycanın daxili işlərinə qarışmayıb: “Deputat seçilsəm, yenə bu prinsipimə sadiq qalacağam. Avropada həm Türkiyənin, həm də Azərbaycanın vəkili olacağam”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024