Siyasət (21-04-2015, 00:37)
Bütün dünyanın gözü Türkiyədə
Çanaqqala döyüşünün yüzüncü ildönümü ilə əlaqədar Türkiyədə keçiriləcək bayram mərasimini 1100 jurnalist işıqlandıracaq.
ANS PRESS-in məlumatına görə, Türkiyənin Mətbuat Nəşr və İnformasiya İdarəsindən verilən açıqlamada Çanaqqala zəfərinin 100 iliyi ilə bağlı mərasimə gələcək jurnalistlərin 14 ölkəni təmsil edəcəyi bildirilib.
Jurnalistlərin qeydiyyatının aparılmasının 15 gün çəkdiyini bildirilən açıqlamada aprelin 24-də keçiriləcək mərasimə medianın göstərdiyi diqqətin yüksək olduğu qeyd olunub.
Ötən il sözügedən mərasimi 230 jurnalist izləyib. Bu il isə 1100 Kütləvi İnformasiya Vasitəsinin əməkdaşı Çanaqqala zəfərinin 100 illiyinə həsr olunacaq tədbirlərə qatılacaq.
Belə ki, Çin, Fransa, İtaliya, Polşa, Bolqarıstan, Kanada, ABŞ, Azərbaycan, Almaniya, İraq, Avstraliya, Yeni Zelandiya və İngiltərədən gələcək media nümayəndələri Çanaqqala döyüşlərinin tarixini özündə yaşadan tarixi yerləri gəzəcək və tədbirləri işıqlandıracaq.