Siyasət (31-05-2024, 17:39)
Elman Nəsirov: Fransa kimi nəhəng dövlətin daxili işlərinə qarışmağı bacarırıqsa, deməli, rəsmi Paris bizi çox qüdrətli dövlət kimi qəbul edir

Bu sözləri Pravda.az-a açıqlamasında Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov deyib.
Deputat vurğulayıb ki, reallıqda Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmayıb: “Azərbaycan beynəlxalq hüququn prinsiplərinə sədaqətlə qulluq edir. Bizim daxili işlərimizə qarışmağa da heç kimə imkan vermərik. Azərbaycan Qoşulmama Hərəkatına sədrlik etdiyi 4 il ərzində dünyadakı bütün məzlum xalqların yanında oldu, müstəmləkəçiliyə məruz qalan xalqları müdafiə etdi. Müstəmləkəçilərin əleyhinə mövqe ortaya qoydu. Bunu açıq şəkildə ifadə etdi. Biz Yeni Kaledoniyanın Fransa müstəmləkəçiliyinə qarşı mübarizəsini də, Fransa Polineziyasının Fransanın yeni müstəmləkəçilik siyasətinə qarşı etirazını da dəstəkləyirik. Fransanın Polineziya xalqına qarşı nüvə təhlükəsi yaratmasının əleyhinəyik. Fransa Polineziyada 1966-1996-cı illərdə 193 dəfə nüvə sınağı keçirərək 170 min nəfəri qurbana çevirib. 2010-cu ildə 10 min nəfərə səhhətinə dəyən ziyana görə kompensasiya verildi. Bunun üçün 800 milyon dollar vəsait ayrıldı. Yerli xalqdan isə cəmi 63 nəfər həmin siyahıya salındı. Biz bu ədalətsizliyin əleyhinəyik. 2013-cü ildən Fransa Polineziyası BMT-nin dekolonizasiya ölkələri siyahısına qəbul edilib. 2013-cü ildən indiyə qədər Fransa maneə olur ki, Polineziyada yaşayan yerli xalq müstəqillik əldə etməsin. Bu prosesdə də yerli əhalini müdafiə edirik. Bütün dünyada müstəmləkəçiliyin və yeni müstəmləkəçilik siyasətinin əleyhinəyik. Bizim günahımız deyil ki, bu gün Fransa bəşəriyyət üçün cinayət hesab ediləbiləcək neokolonializm siyasətinin önündə gedir. Biz bunun əleyhinəyik. Qoy fransalı deputatlar özlərinə sual versinlər ki, niyə ölkələri bəşəriyyət əleyhinə belə bir cinayət siyasəti həyata keçirir? Və niyə bu siyasətin qanunvericilik bazasını yaradırlar?”

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
24 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025
23 04 2025