Siyasət / Slayd (30-05-2024, 13:59)
12 müdafiə mövqeyi Azərbaycana təhvil verilir: Dərələyəz istiqamətində...
Azərbaycanla Ermənistan arasında növbəti delimitasiya və demarkasiya prosesinin Dərələyəz mahalı (ermənilər Geqarkunik deyir) istiqamətində olacağı ilə bağlı məlumatlar yayılıb. Azərbaycan Ermənistandan bəzi məsələlərin tez bir zamanda həllini tələb edir. Bu gizlin proses deyil. Eyni zamanda Qazaxın anklav olan 3, Naxçıvanın Kərki kəndi də qısa zamanda Azərbaycana qaytarılmalıdır.
Bunu Teleqraf.com-a hərbi ekspert, polkovnik Üzeyir Cəfərov deyib.
O qeyd edib ki, erməni tərəfi Tavuş vilayətində Sotk, Kəlbəcər istiqamətində Zod, Söyüdlü qızıl yatağı yaxınlığındakı ərazilərin və Basarkeçər, Zəngəzur bölgəsində bəzi məntəqələrin təhvil verilməsindən bəhs edir:
“Artıq erməni tərəfi də etiraf edir ki, Azərbaycanın tələbləri var. Dərələyəz istiqamətində bir çox ərazilərin boşaldılıb Azərbaycana təhvil verilməsindən söhbət gedir. Çünki xəritə ilə həmin bölgələr Azərbaycan ərazisidir”.
Polkovnik hesab edir ki, delimitasiya prosesində də bu ərazilərin faktiki olaraq Azərbaycana aid olduğu təsdiqlənir:
“Azərbaycan bu istiqamətdə Ermənistandan 12 müdafiə mövqeyi tələb etdiyi bildirilir. Əslində rəsmi Bakı qarşı tərəfdən əlavə heç nə istəmir. Bu ərazilər və 12 müdafiə mövqeyi tarixi Azərbaycan torpaqlarındadır. Sözsüz ki, bunun Qazaxın 3 anklav kəndinə heç bir aidiyyatı yoxdur. İndi ermənilər iddia edir ki, guya Azərbaycan onlardan daha çox ərazi istəyir və s. Bunlar məntiqsizdir. Ortada tarixi sübutlar və real xəritələr var”.
Üzeyir Cəfərova bildirib ki, erməni tərəfi mövcud xəritə ilə Azərbaycana aid olan ərazilərin qaytarılacağına dair söz verib:
“İndiki halda onların 12 müdafiə mövqeyi ilə bağlı qaldırdıqları hay-küy də əhəmiyyətsizdir. Çünki həmin müdafiə mövqeləri keçmiş münaqişə vaxtı ermənilər tərəfindən qurulmuşdu. Delimitasiya, demarkasiya prosesində isə bu məsələlərin həlli gözlənilirdi. Sözsüz ki, proses bir qədər ağır gedir. Bu da yerdəki vəziyyət və Ermənistan daxilində olan narazılıqlarla bağlıdır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024