Siyasət (27-05-2024, 12:58)
Deputat: “Radikal müxalifət əfv sərəncamının mahiyyətinə kölgə salmaq istəyir”

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat əfv Sərəncamından narazı qalanlara müraciət edib: “Həmin şəxslərə söyləyirəm ki, biləsiniz, Azərbaycanda “siyasi məhbus” yoxdur! Ola da bilməz! Bəli, Azərbaycanda məhbuslar var, lakin onların məhbus olmalarına gətirib çıxaran səbəblər var. Onların tutduqları cinayət yolu məhbus həyatını şərtləndirib. Heç kim bu gün cinayət törətmədən həbs oluna bilməz. Həbsxanadasansa, bil ki, cinayətə imza atmısan. Başqa cür ola da bilməz. Azərbaycanda heç kim siyasi baxışına, siyasi əqidəsinə görə həbs edilməyib. Bu, məhz Azərbaycan dövlətinin demokratik yol seçdiyinə görə belədir. Hesab edirəm, ittihamların heç bir əsası yoxdur. Qarayaxma kampaniyası həyata keçirənlər istənilən halda köhnə amplualarındadır. Qaralamaq, ləkələmək onların həmişəki xislətidir. Xalqımız da gözəl bilir ki, Azərbaycanda cinayət yolunu seçdinsə, cəzalanırsan. Başqa cür heç kim cəza ala bilməz. Radikal müxalifətin və onun kimilərin hay-həşirinin heç bir mənası yoxdur”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025