Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-02-2015, 21:55)
Xocalı soyqırımı sərgi və foto-stendlərdə - FOTO

Xocalı soyqırımı sərgi və foto-stendlərdə - FOTO

 

Pirallahı RİH başçısının müavini: “Bu dəhşətli soyqırımın ilhamvericiləri, ideoloqları və icraçıları mənfur əməllərini davam etdirir”

“Xocalı soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. XVIII əsrin əvvəllərindən bu günədək Azərbaycan tarixinin böyük bir dövrünü gözlərimiz önünə gətirdikdə xalqımızın həqiqətən böyük bir soyqırımına məruz qaldığı açıq-aşkar görünür. Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-faşistlərinin və terrorçularının davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb”.

“Həftə içi”nin məlumatına görə, bunu Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Xocalı soyqırımının 23-cü ildönümünə həsr edilmiş tədbirdəki çıxışında bildirib. O, 1905-1907-ci illərdə 300-dən çox Azərbaycan kəndinin dağıdılmasını, 100 minə qədər soydaşımızın vəhşicəsinə öldürülməsini, I Dünya müharibəsi illərində Azərbaycanın cənubunda 150 min, tarixən azəri türklərinin yaşadıqları Şərqi Anadoluda 200 min soydaşımızın erməni qaniçənlərinin qurbanı olmasını, 1918-ci ilin Novruz bayramı günlərindən azərbaycanlıların qətliamının başlandığını və 700 min nəfərin soyqırıma məruz qaldığını, 1920-ci ilin mayından 1921-ci ilin noyabrına qədər 48 min azərbaycanlının qətlə yetirildiyini, 1948-1953-cü illərdə azərbaycanlıların tarixi torpaqlarından, xüsusilə də İrəvan və ətraf rayonlarından kütləvi şəkildə deportasiya olunması nəticəsində 100 mindən artıq soydaşımızın zorakılıqla Azərbaycanın aran rayonlarına köçürülməsini, XX əsrin sonlarında Dağlıq Qarabağdan 50 min azərbaycanlını soyqırım, terror və təcavüzə məruz qoyub didərgin salınmasını, eləcə də Ermənistandan son 250 min azərbaycanlının tarixən yaşadığı torpaqlardan zorakılıqla deportasiya edilməsini də xatırlayıb. Vəzir Səfixanov SSRİ-nin süqutuna qədər olan dövrdə ittifaqın hakim dairələri tərəfindən, sonradan isə Rusiya və bəzi qərb dövlətləri tərəfindən himayə edilən Ermənistanın mono-etnik dövlət yaratmağa, Azərbaycan torpaqlarının 20 faizini işğal etməyə nail olduğunu deyib: “Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın ilhamvericiləri, ideoloqları və icraçıları, canilər və terrorçular bu gün də cəzasızlıq şəraitində öz mənfur əməllərini davam etdirirlər. Bu gün münaqişənin nizama salınması prosesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Ermənistanın danışıqlar prosesini süni şəkildə uzatdığını və bu taktikanın heç bir perspektivinin olmadığını söyləyən dövlət başçısı İlham Əliyev nə bu gün, nə 10 il, nə də 100 il sonra Dağlıq Qarabağın müstəqil olmayacağını, Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına imkan verilməyəcəyini bildirib”.

Milli Qəhrəman Vahid Quliyev, Xocalı faciəsinin canlı şahidi Yusif Süleymanov isə çıxışlarında bu tarixin hər bir vətəndaşın, xüsusilə gənclərin yadda saxlamasını tövsiyə edərək, xalqın qəhrəmanlığının, cəsarətinin nümayişi kimi xatırlamağın əhəmiyyətindən danışıblar. Pirallahı rayonu orta məktəbləri şagirdlərinin və məktəbəqədər tərbiyə müəssisələri yetirmələrinin hazırladıqları Xocalı soyqırımını əks etdirən ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Xatırladaq ki, tədbirdə YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı, Milli Qəhrəman Vahid Quliyev, Xocalı şəhərini təmsil edən məcburi köçkünlər və şəhid ailələri, idarə və müəssisələrin, rayon ictimaiyyətinin nümayəndələri, Pirallahı və Gürgən qəsəbələrində yerləşən orta məktəblərin müəllimləri və yuxarı sinif şagirdləri iştirak ediblər. Tədbirdən əvvəl Pirallahı rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, fəxri qonaqlar və tədbir iştirakçıları “Vətən uğrunda” abidə-kompleksinin önünə əklil və al qərənfillər düzdülər. Daha sonra 168 saylı məktəbin akt zalında Xocalı soyqırımına həsr edilən sərgi və foto-stendə baxış keçirilib. Tədbirin sonunda isə Pirallahı rayonunda məskunlaşmış Xocalıdan olan məcburi köçkünlərə və şəhid ailələrinə maddi yardım paylanıb

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024