Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (25-02-2015, 19:54)
«Xocalı soyqırımını öncə türk ölkələri tanımalıdır» - AKTUAL

Davud Coşar: «Xocalı qətliamı artıq tarixə soyqırım və insanlığa qarşı vəhşət kimi yazılıb»

Fevralın 26-da Xocalı soyqırımının 23-cü ildönümü Azərbaycanda və dünyanın hər yerində ürək ağrısı ilə anılacaq. Düz 23 il öncə fevralın 25-dən 26-na keçən gecə erməni-rus hərbi birləşmələrinin mühasirəsində qalan Xocalı şəhərini tərk edən 2,5 min dinc sakin Ağdam şəhərinə çatmaq ümidi ilə ayaqyalın, başıaçıq çöllərə səpələnsə də, onlardan 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 nəfər isə itkin düşüb.

Bu qədər böyük faciənin hüquqi-siyasi qiymətinin indiyədək verilməməsi dünya birliyinin yürütdüyü ikili siyasətin nəticəsidir. Buna baxmyaaraq, son vaxtlar Azərbaycan diplomatiyasının uğurlu fəaliyyəti nəticəsində bir sıra ölkələrin parlamentləri Xocalıda sözün əsl mənasında qətliam törədildiyinə dair qərar qəğbul edilib. İlk olaraq qardaş Pakistan dövlətinin parlamenti bu qərara imza atıb və bu işdə əlbəttə ki, ölkəmizin Pakistanda fövqəladə və səlahiyyətli səfiri Daşqın Şikarovun rolu əvəzsizdir. Meksika və Kolumbiya parlamentləri də soyqırımı tanıyan qərarlar qəbul ediblər. Burada isə təbii ki, Azərbaycanın Meksika və Kolumbiyadakı səfiri İlqar Muxtarovun əməyini qeyd eləmək lazımdır. Başqa bir sıra ölkələrdə də analoji addımlar atılıb və ya atılmaq üzrədir. Yeri gəlmişkən, ABŞ-ın bir sıra ştatlarının qanunverici orqanlarında da soyqırımı tanıyan qərar və qətnamələr açıqlanıb. Amma bütün bunlar azdır və təbii ki, dövlətin diplomatiyası ilə yanaşı dünyanın hər yerinə səpələnmiş, çox vaxt bir-birini bəyənməyən diaspor təşkilatlarımız da öz səylərini artırmalıdır.

Soyqırım günündə bu faciəni dünya birliyinə necə çatdıra bilərik, müsəlman həmrəyliyi niyə özünü göstərmir, bu suallarla bir neçə əcnəbi ziyalı və müəyyən ictimai söz sahibi olan şəxslərə müraciət etdik və onların fikirlərini oxucularımızla bölüşmək istərdik.

Abdullah Buksur, Beynəlxalq İnsan Hüquqları Avrasiya Formunun baş katibi:
– Birləşmiş Millətlər Təşkilatının soyqırımlara dair konvensiyasında yer alan maddələrə əsaslansaq, Xocalıda yaşayan insanlar etnik təmizləməyə məruz qalaraq məhv ediliblər. Bu cü dəhşətli proses beynəlxalq hüquqda soyqırım adlandırılır. Xocalı soyqırımı ilə bağlı İnsan Haqları Şurasının üzvü və Beynəlxalq İnsan Hüquqları Avrasiya Formunun baş katibi olaraq şəxsən çalışdım ki, böyük bir toplantı keçirib, məsələni müzaikirə edək. Hər halda düşünürük ki, sonda ədalət yerini tapacaq. «Xocalı soyqırımı elə dəhşətli faciədir ki, onun tanınması məsələsini sadəcə müsəlman ölkələri müstəvisinə endirmək olmaz. Amma qeyd edim ki, müsəlman dünyasının müştərək təşkilatı olan İslam Əməkdaşlıq Təşkilatı bu qətliamla bağlı artıq tövsiyyə xarakterli qərar qəbul edib».

A.Buksur əlavə etdi ki, Xocalıda baş verənləri tanıtmaq üçün məclislər səviyyəsində fəaliyyət göstərməkdənsə, insan haqları sahəsində çalışan qurumlar və bu sahənin məşhur insanlarının dəstəyi alınmalıdır: «Təbii ki, məsələnin həm də hüquqi müstəvidə həlli lazımdır ki, bu yönümdə də çalışmaq vacibdir».

Dilşad Tərzi, iraqlı iqtisadçı:
– BMT-nin fəal və sözükeçərli ölkələrindən ABŞ, İngiltərə, Fransa, Danimarka, İsrail, Almaniya kimi dövlətlərdə soyqırımı tanıtmaq müstəvisində fəaliyyəti gücləndirmək lazımdır. Məncə bu ölkələrin addığı addımlar digərləri üçün də stimul olacaq. Düşünürəm ki, müsəlman ölkələrini bu məsələdə tutduğu mövqelərinə görə qınamaq olmaz - hər birinin fərqli xarici siyasəti var. Məsələn, Pakistan müsəlman ölkəsi olaraq Xocalı qətliamını – soyqırımını tanıyıb. Amma bunu bütün müsəlman ölkələrindən gözləmək olmaz. Şəxsən mən düşünmürəm bu ölkələr Xocalı qırğınlarına yaxın dövrdə münasibət bildirsinlər. Bu gün müsəlman ölkələri insan haqları məsələsində heç də alqışlanmırlar, bu coğrafiyada iqtidarda olan rejimlər əksər halda demokratiya və insan hüquqlarına hörmət göstərmədikləri üçün onlardan artıq şeylər gözləməyə dəyməz. Ancaq düşünürəm ki, Malayziya və İndoneziya kimi ölkələrin bu hadisəyə qiymət verməsi mümkündür. Sadəcə, həmin ölkələrdə fəaliyyəti gücləndirmək lazımdır.

Davud Coşar, türkiyəli təhlükəsizlik sahəsində mütəxəssis:
– Əvvəla siz jurnalistləri belə vacib, milli məsələ üçün göstərdiyiniz səylərə görə alqışlayıram, çünki bu halda milli faciənizi də tanıda biləcəksiniz. Xocalı qətliamı rus hərbi birliklərin dəstəyi ilə ermənilər tərəfindən törədildiyi məlumdur. Düşünürəm ki, bu, artıq tarixə tam bir soyqırım və insanlığa qarşı vəhşət kimi yazılıb. Bizlər, xüsusilə türk dövlətləri - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Kıbrıs kimi bayrağı və torpağı olan ölkələr vahid siyasi birliyimizi qurmalıyıq. Bu halda maraqlarımız daha güclü qorunacaq. İsmayıl Kaspıralının «Dildə, fikirdə birlik», Məmməd Əmin Rəsulzadənin «Bir kərə yüksələn bayraq bir daha enməz», Mustafa Kamal Atatürkün «Yurdda sülh, cahanda sülh» şüarı, Cingiz Aytmatovun Böyük Turan birliyi fikri, doğrudan da, Türk Dünyası Birliyininin yaradılmasını labüd edir. Xocalı soyqırımının tanınmasına da məhz birlikdə çalışmalıyıq, çünki bu bütünlüklə türk dünyasının problemi sayılmalıdır. Düşünürəm ki, bəli, İslam dünyasından başlamaq lazımdır, müsəlman ölkələrinin bu soyqırımı tanıması üçün baş verənləri bütün detalları ilə onlara çatdırmalıyıq. Sual verilə bilər ki, Pakistan tanıyır, niyə başqa müsəlman ölkələrindən bu həmrəylik hiss olunmur? Sualın cavabı aydındır: dünya xəritəsinə baxın, görün islam coğrafiyasından kənarda hansı ölkədə vətəndaş savaşı gedir? Müsəlman ölkələri bir-biri ilə və ya öz daxillərində iqtidar-müxalifət, məzhəb ayrıntılarına görə döyüşürlər. Nə qədər ki. Müsəlman ölkələrində bu cür münaqişə və problemlər aradan qaldırılmayıb, tək şəxslər hakimiyyəti uzun dövr ərzində öz əllərində saxlayacaqlar, vəziyyət indikindən də çətin olacaq. Buna baxmyaaraq. Vacib olan budur ki, sizli-bizli hamımız bu məsələləri davamlı şəkildə gündəmə gətirməliyik, insan haqları təşkilatları müstəvisində, xüsusilə beynəlxalq arenada simpoziumlar, panellər, konfranslar keçirməklə dünyaya çatdırmalıyıq. Eyni zamanda, sənədli filmlər, seriallar, kinofilmlər çəkərək dünyaya çıxarmaq və bu məsələdə dövlətlərin də dəstəyini almaq vacibdir. Bu haolda çəkilən zəhmətlər bəhrəsini verəcək.

Kürşad Örnək, Turkasi Agentliyinin rəhbəri, Sahipkiran Strateji Araşdırmalar Mərkəzinin Ukrayna üzrə mütəxəssisi:
- Soyqırım nəyə görə dünya arenasında tanınmır? Birinci səbəb budur ki, burada özümüz günahkarıq. Çünki türk milləti vahid mövqedə birləşə bilmir. Məncə ilk olaraq türk dövlətləri Xocalı soyqırımını tanıyaraq dünyaya mesajlarını göndərməlidirlər. Bundan sonra Türk dünyası dərnəkləri fəaliyyət göstərdikləri ölkələrdə birləşərək konfederasiya qurmalı və ciddi lobiçilik strategiyasını həyata keçirməlidir. Bu gün müsəlman ölkələrindən çox şey gözləməyə dəyməz, çünki onların əksəriyyəti türk dünyasının düşmənləridir. Hazırda ərəblər dindən özlərinin irticaçı təbliğatlarını həyata keçirmək məqsədilə istifadə edirlər.

Aleksandr Solniçenko, rusiyalı politoloq: 
- Bir çox xalqlar keçmişdə baş vermiş faciələrdən indiki zamanda müəyyən siyasi xal qazanmaq istəyirn. Bununla da özlərinin əraziləri işğal etmələrinə qazandırır. Xocalı haqqında danışarkən biz anlatmağa çalışırıq ki, bu cür faciələr bir çox yerlərdə baş verir. Yəni təkcə yəhudilər və ermənilər onların qurbanı olmayıb. Müsəlman dövlətləri soyqırımı bir metod kimi siyasəiləşdirmək istəmirlər. Düşünürəm ki, onların mövqeyi daha düzgündür.

Vüsal Tağıbəyli

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024