Siyasət (28-11-2023, 18:15)
ABŞ tarixində ilk: Azərbaycan qarşısında geri addım atdı - NƏ BAŞ VERİR?

ABŞ Azərbaycanla bağlı mövqeyində dəyişiklik etmək niyyətindədir.
Noyabrın 27-də ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Prezident Administrasiyasının mətbuat xidmətinin məlumatına görə, telefon söhbəti zamanı Prezident İlham Əliyev ABŞ-nın dövlət rəsmilərinin Azərbaycanla bağlı sərgilədiyi qərəzli mövqeyinin qəbuledilməz olduğunu vurğulayıb.
Dövlət başçısı qeyd edib ki, ABŞ tərəfindən Azərbaycanla bağlı son bəyanatlar və atılan addımlar Azərbaycan-ABŞ münasibətlərinə ciddi zərər vurub.
Prezident İlham Əliyev Blinkenin diqqətinə çatdırıb ki, 2023-cü il noyabrın 15-də ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Braynın Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində ölkəmizlə bağlı səsləndirdiyi fikirlərin qərəzlidir və həqiqəti əks etdirmir.
Entoni Blinken Azərbaycan-ABŞ münasibətlərinin normallaşması məqsədilə dekabrda ABŞ Dövlət katibinin köməkçisi Ceyms O`Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş edib.
Prezident İlham Əliyev həmin təkliflə bir şərtlə razılaşıb ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Dövlət katibi Blinken bunu qəbul edib.
Qeyd olunub ki, sülh müqaviləsinin mətni ilə bağlı Azərbaycan tərəfinin 2023-cü il sentyabrın 11-də Ermənistana təqdim etdiyi təkliflər Ermənistan tərəfindən noyabrın 21-də cavablandırılıb.
Beləliklə, Ermənistan öz cavabını 70 gün gecikdirib. 70 günlük gecikdirmə bir daha nümayiş etdirir ki, Ermənistan sülh müqaviləsinin mətnindən danışıqlar prosesini uzatmaq üçün bəhanə kimi istifadə edir.
Məsələ ilə bağlı politoloq Oqtay Qasımov Cebhe.info-ya açıqlamasında qeyd edib ki, ABŞ regionda möhkəmlənmək üçün Ermənistandan sərfəli siyasi alət kimi istifadə etmək niyyətindədir:
“Son bir neçə ayda Avropa İttifaqının, o cümlədən ABŞ-ın Azərbaycana qarşı kəskin və qərəzli bəyanatlar səsləndirməsi Azərbaycan cəmiyyətində ciddi etirazlar doğurub. Belə ki, sentyabrın 14-də ABŞ Konqressində Azərbaycan və Ermənistan ilə bağlı keçirilən dinləmələrdə o zamanki dövlət katibinin müavini Yuri Kim Azərbaycan əleyhinə bəyanatlar verməklə Bakı ilə Vaşinqton arasında münasibətlərə ciddi zərbə vurdu.
Azərbaycan tərəfinin eitrazlarından sonra həmin şəxs öz vəzifəsindən kənarlaşdırıldı. Onun yerinə isə əvvəllər sanksiya məsələləri ilə məşğul olan Ceyms O’Brayn təyin edildi.
Təəssüf ki, bu dəyişiklikdə də müsbət irəliləyiş görmədik. 10 gün öncə ABŞ Konqressində növbəti dəfə regionda vəziyyətlə əlaqədar dinləmələr keçirildi. Bu dinləmələrdə dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana qarşı qəbuledilməz bəyanatlar səsləndirib, həmçinin Azərbaycanla münasibətlərin əvvəlki səviyyədə olmayacağını və 907-ci düzəlişlə ilə bağlı məhdudiyyətlərin aradan qaldırılacağını bəyan edib. Əlbəttə ki, bütün bunlar Azərbaycan tərəfindən ciddi etirazla qarşılanıb.
Bununla yanaşı, ABŞ Cənubi Qafqazda öz geosiyasi maraqlarını təmin etmək üçün Ermənistandan plasdarm kimi istifadə etməyə çalışır. Ermənistan cəmiyyətinin könlünü almaq və erməni ictimaiyyətində anti-Rusiya əhval-ruhiyyəsini yüksəltmək üçün özünü rəsmi İrəvanın yanında olduğunu görsədir.
Xatırladım ki, 30 illik münaqişə dövründə ABŞ-ın Qarabağın işğalı ilə bağlı mövqeyi beynəlxalq hüququn normalarına uyğun deyildi və hər il bölgədəki qondarma rejimə humanitar yardın göndərirdi”.
Politoloq vurğulayıb ki, Ceyms O’Braynın Azərbaycanın əleyhinə bəyanatları Vaşinqton formatı çərçivəsində keçirilməsi nəzərdə tutulan sülh danışıqlarının təxirə salınmasına səbəb olub.
“Azərbaycan ona qarşı haqsızlıqları qəbul etmir və beynəlxalq ictimaiyyəti regionda hazırki reallıqları qəbul etməyə çağırır. ABŞ və Avropada iddia edirlər ki, guya Qarabağ münaqişəsi bitməyib və davam etməkdədir.
Əlbəttə ki, Azərbaycan Qərbin bu kimi əsassız və qərəzli baxışlarına ciddi şəkildə etiraz edir. Təbii ki, ABŞ Azərbaycandan belə sərt etiraz və kəskin müqavimət gözləmirdi. Hesab edirəm ki, Vaşinqton bunu nəzərə alıb və regionla bağlı xarici siyasətində müəyyən düzəlişlər etməyə çalışacaq.
Belə ki, gələn il ABŞ-da prezident seçkiləri keçiriləcək. ABŞ-ın Prezidenti Co Bayden də bu seçkilərdə öz namizədliyini irəli sürüb. İctimai sorğulara görə, hazırda ölkə ictimaiyyətində Baydenin reytinqi aşağı düşüb.
Növbəti seçkilərdə Demokratlar Partiyası və Co Bayden qələbə qazanması üçün hər hansı məsələ ilə bağlı müsbət nailiyyətlər əldə etməlidir. Halbuki bir sıra məsələlərdə, Rusiya-Ukrayna müharibəsi, eləcə də Yaxın Şərqdəki hazırki münaqişələrdə ABŞ-ın ciddi uğurlar qazanması gözlənilmir. Buna görə də Bayden administrasiyası Cənubi Qafqazdan yapışıb və Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışır.
Bayden administrasiyasında belə bir fikirlər dolaşır ki, Vaşinqton rəsmi Bakı ilə İrəvan arasında bu müqavilənin imzalanmasına nail olarsa, bu, onların seçki kampaniyasının imicinə müsbət təsir göstərəcək.
Əgər sülh müqaviləsinin imzalanması üçün Azərbaycana təzyiqlər ediləcəksə, Ermənistana dəstək veriləcəksə, əlbəttə ki, bu, rəsmi Bakı tərəfindən qəbul edilməyəcək. Ona görə də Vaşinqton Cənubi Qafqazla bağlı xarici siyasətində müəyyən düzəlişlər etməlidir.
Təbii ki, bu düzəlişlərdə beynəlxalq hüququn normaları üstün tutulmalıdır. Yalnız bu halda Vaşinqton formatı çərçivəsində sülh danışıqlarının keçirilməsi mümkün olacaq”.
Moskva və Brüssel platformasına nisbətən Vaşinqton formatının münasib olmasına gəlincə, O.Qasımov bildirib ki, ABŞ-ın Azərbaycana qarşı addımları Vaşinqton formatının etibarlığına ciddi zərbə vurub:
“İstər Moskva, istərsə Brüssel, istərsə də Vaşinqton formatı olsun, bütün bunların hamısı nisbi məsələlərdir. Çünki müəyyən zaman ərzində Moskva, Brüssel və ya Vaşinqtonun sülh prosesinə həm müsbət, həm də mənfi töhfələri olub.
Faktiki olaraq bir ildən çoxdur ki, Moskva formatının fəaliyyəti dayanıb. Eyni zamanda Brüssel formatının çərçivəsində sülh danışıqların keçirilməsi iyuldan bəri müşahidə olunmur. Bunun da əsas səbəbi Fransanın müdaxiləsi nəticəsində Aİ-nın öz neytrallığını itirib.
Buna görə də Azərbaycan Brüssel formatının son görüşündə iştirak etməkdən imtina eləyib. Vaşinqton formatına gəlincə, ABŞ-ın dövlət rəsmilərinin bəyanatları və Konqressdə keçirilən son dinləmələr bu formatın gedişat prosesinə ciddi zərbə vurub”.

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
29 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025