Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (27-11-2023, 18:11)
Bu regional təhlükəsizliyə töhfə verəcək - Həsənov

 Bu gün biz, üçtərəfli formatda müdafiə nazirləri səviyyəsində onuncu görüşümüzü keçirdik. Keçirdiyimiz görüş ölkələrimiz arasında olan strateji səviyyəli dialoqun bariz nümunəsidir.
Mediatv.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Bakıda Azərbaycan-Türkiyə- Gürcüstan müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşünün yekununa həsr olunmuş mətbuat konfransında söyləyib.
Nazir bildirib ki, görüşdə üç dost və qonşu xalq arasında münasibətlərin və fəaliyyətlərin ikitərəfli və üçtərəfli formatda inkişaf etdirilməsinin səmərəliliyi, onların gələcək inkişaf perspektivləri, regionda və dünyada cərəyan edən hərbi-siyasi proseslər, bölgədə sabitliyin təmin edilməsi yolları və qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb:
“Müzakirələr zamanı bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və birgə əməkdaşlığın əhəmiyyəti vurğulandı.
Xüsusilə bölgədəki terrorizm və separatizm fəaliyyətlərinin davam etdirilməsinin regionda sülh və sabitliyin bərqərar olmasına, iqtisadiyyatın inkişafına, eləcə də beynəlxalq layihələrin təhlükəsizliyinə birbaşa təhdid olduğunu, eləcə də regiondan kənar ölkələrin bölgədəki vəziyyəti gərginləşdirməyə yönəlmiş cəhdlərinin qəbul edilməz olduğunu qeyd etdik. Münaqişələrin beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında, sülh yolu ilə nizamlanmasının vacibliyi bir daha vurğulandı”.
Nazir bildirib ki, görüşdə Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə qurumları arasında hərbi, hərbi təhsil və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, müxtəlif növ birgə tədbirlərin keçirilməsi imkanları və digər əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb:
“Üçtərəfli formatda keçirilən təlim və treninqlərin intensivləşdirilməsinin və səhra şəraitində keçirilməsinin əhəmiyyətini qeyd etdik. Belə birgə təlimlərin keçirilməsi hərbi birləşmələrimiz arasında əməliyyat uzlaşmasının əldə olunmasına, üçtərəfli fəaliyyətlərimizin yeni mərhələyə keçməsi üçün zəminin yaradılmasına və nəticədə regional təhlükəsizliyə öz töhfəsini verəcək.
Onu da qeyd edim ki, 2024-cü ildə Azərbaycanda üçtərəfli formatda müxtəlif hərbi əməkdaşlıq sahələri üzrə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. Hesab edirəm ki, dövlətlərimiz arasındakı səmimi münasibətlər və qarşılıqlı etimad müdafiə sahəsi üzrə üçtərəfli əməkdaşlığımız sülh naminə tərəfdaşlığın hər kəsə örnək ola biləcək nümunəsidir. Bu mənada, üçtərəfli birgə fəaliyyətlərimiz regionda sabitliyin qorunub saxlanılmasına yönəlmiş sülhməramlılıq mesajı kimi qiymətləndirilməlidir”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024