Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (14-01-2015, 15:17)
Avropa İttifaqının xüsusi nümayəndəsi İlham Əliyevin qəbulunda

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 14-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

 

 
Mediatv.az.AZ AzərTAc-a istinadən bildirir ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər geniş müzakirə olunub.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan münaqişənin tez bir zamanda sülh yolu ilə nizamlanmasında maraqlıdır və ölkəmiz beynəlxalq birlik tərəfindən tanınan ərazilərimizin işğaldan azad edilməsi istiqamətində irəliləyişə nail olunması üçün səylərini əsirgəmir. Bu prosesdə Ermənistanın da konstruktiv mövqe nümayiş etdirməsinin vacibliyini qeyd edən dövlətimizin başçısı bu vəziyyətin uzun zaman davam etdirilməsinin yolverilməz olduğunu bildirib.
Prezident İlham Əliyev münaqişənin ədalətli həlli istiqamətində Minsk Qrupu həmsədrlərinin, həmçinin beynəlxalq təşkilatların, o cümlədən Avropa İttifaqının və onun müxtəlif qurumlarının daha fəal addımlar atmasının vacibliyini vurğulayıb.
Daha sonra görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
*   *   *
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Azərbaycana səfəri başlayıb.
Aİ-nin Azərbaycandakı nümayəndəliyindən "Report"a bildirilib ki, yanvarın 14-15-də Bakıya səfər çərçivəsində xüsusi nümayəndə ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.
Həmin görüşlərdə Azərbaycan və Aİ münasibətlərinin inkişafı, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri müzakirə olunacaq.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024