Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (11-01-2021, 14:55)
Balakəndə büdcə pulları kimin cibinə axır... - İLGİNC


Balakəndə büdcə pulları kimin cibinə axır...
2020-cu ildə Balakən rayonunda dövlət qurumları tərəfindən ümumi məbləği 1 milyon 102 min 314 manat məbləğində 26 tender keçirilib.

DİA.AZ-ın məlumatına görə, İcra hakimiyyəti 11 tenderə 547 min 267 manat xərcləyib. Balakən Rayon İcra Hakimiyyətinin keçirdiyi ən böyük tenderin qalibi "ATF" MMC (334 min 341 manat) olmuşdur.

Balakən Suvarma Sistemləri İdarəsi 2020-ci ildə 7 tender keçirib ki, qaliblərə 416 min 023 manat ödənilib. Ən böyük tenderin qalibi "ŞANS-2011" MMC (261 min 909 manat) olmuşdur.

Dia.az 2020-cu ildə Balakən Rayonunda keçirilən tenderləri təqdim edir.

Balakəndə büdcə pulları kimin cibinə axır...
Balakəndə büdcə pulları kimin cibinə axır...

Balakəndə əsas tenderlərin məhz “ATF” MMC-yə nəsib olması isə ona görə diqqət cəlb edir ki, bu şirkətin adı 2018-ci ilin iyununda Göyçay çayı üzərində avtomobil körpüsünün uçması ilə bağlı açılan cinayət işində keçir.

Belə ki, həmin vaxt məhz “ATF” MMC çay məcrasından material götürüb, qeyri-qanuni fəaliyyət göstərmiş, o cümlədən Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 217-ci kilometrliyində çayın üzərində yerləşən körpü keçidinin dayaq və bünövrə konstruksiyalarına və digər qurğulara bir neçə milyon manatlıq ziyan vurmuş əsas şirkətlərdən biri olub.

Hətta mətbuatda sabiq nəqliyyat naziri Ziya Məmmədovun adamı kimi təqdim edilən şirkətin sahibi Azad Muradov dövlətə vurulan külli miqdarda ziyana görə həbs də edilib. Bu şirkətin adı həmçinin “Azəryolservis”ASC-nin rəhbərliyinin də iştirakı ilə həyata keçirildiyi iddia edilən maxinasiyalarda hallandırılıb.
шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024