İkinci Qarabağ müharibəsində yaralanan baş gizir Vüqar Əyyub oğlu Vəliyev şikayətçidir.
O, Meydan TV-yə açıqlamasında deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibədə yaralanan keçmiş döyüşçülər üçün nəzərdə tutulmuş özünüməşğulluq proqramından yararlanmaq istəyib. Lakin Zərdab Rayonu Məşğulluq Mərkəzində ona heyvandarlıq təsərrüfatını qurmaq üçün mal-qara verilməyib:
“Döyüşlərdə iştirak edərək yaralanan iş yoldaşlarıma yaşadıqları rayon üzrə mal-heyvan verilib. Öyrəndim ki, bunun üçün yaşadığın rayon üzrə məşğulluq mərkəzinə sənədlərini təqdim edirsən. Ya iyirmi baş xırda, ya da üç baş iribuynuzlu heyvan verirlər. Bizim də mal-qaramız yoxdur. Kənd yerində də mal-qara saxlayırlar, onun qatığı-südü ilə dolanırlar. Ailədə işləyənimiz, pensiya alanımız yoxdur. Müharibədə yaralanandan sonra on bir ay yataq xəstəsi oldum. İki ay öncə rayonumuzun məşğulluq mərkəzinə getdim. Sənədlərimi də apardım ki, hər hansı bir yardım etsinlər. Düşündüm ki, kənd yeridir, mal-qara, qoyun, nəsə verərlər, dolanışığımız yüngülləşər. Mərkəzdə bir nəfər gənc oğlan vardı. Ad-soyadını soruşdum, demədi. Bildirdi ki, mən bir gün burada, sabah başqa bir yerdəyəm. Bildirdi ki, sənə mal-qara düşmür, çünki işləyirsən. Mən də dedim ki, işləmirəm. Döyüşlərdə beş güllə yarası almışam. Hazırda müalicəm davam edir. Həmin oğlan bir nömrə verdi, ona da zəng etdim, operator dedi ki, nömrə təyin olunmayıb. Bir sözlə, məni aldatdı”.
Vüqar Vəliyev 2004-cü ildən Mingəçevirdə yerləşən N saylı hərbi hissədə baş gizir vəzifəsində işləyir. O, oktyabrın 5-də Suqovuşan istiqamətində gedən döyüşlər zamanı yaralanıb. Yeddi dəfə əməliyyat olunduğunu bildirir. On bir aydır vəziyyəti ağır orta olan hərbçi bir neçə gündür ki, işə çıxır. Vüqar Vəliyev hazırda Yevlax rayonu, Aran qəsəbəsində kirayədə yaşayır.
19 Saylı Ərazi Məşğulluq Mərkəzinin Zərdab rayon xidmət şöbəsindən Nuridə Məmmədova Meydan TV-yə bildirib ki, Vüqar Vəliyev 2021-ci il yanvarın 12-də qeydiyyatdan keçib:
“Lakin vətəndaşın müraciətində qeyri-dəqiqlik var. O, özünüməşğulluq, yaxud işlə bağlı müraciət etmək istəyini qeyd etməyib. Hər hansı bir şəxs bizə müraciət edərkən, mütləq ərizə-anket doldurmalıdır və istəyini qeyd etməlidir. Əgər həmin vətəndaş iki ay öncə doğrudan da, burada olubsa, deməli, qeydiyyatdan keçməyib. Çünki özünüməşğulluq reyesterində vətəndaşla bağlı hər hansı məlumat yoxdur. Onu da qeyd edim ki, proses növbəlilik əsasında, vətəndaşın təqdim etdiyi sənədlərə əsasən aparılır. 2021-ci ildə müraciət edənlərə hələ baxış keçirilməyib, növbəsi çatmayıb. Vüqar Vəliyev mərkəzə yaxınlaşıb, ərizə-anketi doldurmalıdır ki, müraciətinə baxılıb, cavab verilsin”.
Dövlət Məşğulluq Mərkəzinin son məlumatına əsasən, şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələləri 23 mindən çox şəxsi əhatə edib. Son aylarda bu kateqoriyalardan olan 6400-dən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 5 minədək şəxsin özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb.
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024