Kriminal (8-08-2016, 20:10)
Rüfət Səfərova rüşvət verdiyi iddia edilən şəxslər: bələdiyyə sədri, şöbə müdiri...
Bakı Ağır Cinayətlər Məhkəməsində Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, R.Səfərov ifadə verərək, ittihamı qəbul etmədiyini bildirib.
"Bu, ittiham aktı yox, torba aktıdı. Çox qeyri-peşəkarcasına hazırlanıb" - deyə R.Səfərov bildirib.
Rüfət Səfərovun işi üzrə keçirilən məhkəmə prosesində ittiham aktı elan olunub.
İttiham aktında qeyd edilir ki, Rüfət Səfərov müstəntiq kimi, 2014-cü ildə Zərdabın Əlibəyli kənd bələdiyyəsinin sədri Elçin Xəlilovdan 1000 manat, rayonun Elektrik Şəbəkəsinin məsul işçisi Ələmdar Abbasovdan 700 manat, Zərdabın Baytarlıq İdarəsinin əməkdaşı Mənsur Pənahovdan 500 manat, Mədəniyyət və Turizm şöbəsinin rəhbəri Eldəniz Abdullayevdən 3000 manat rüşvət alıb.
İttiham aktına görə, sabuq müstəntiq bu pulları adları çəkilən şəxslərin barəsində yazılan şikayətlərin rədd edilməsi məqsədilə verilib.
Rüfət Səfərov məhkəmədə ifadəsində bildirib: "Zakir Qaralov özü mənə yaxşı işlədiyimə görə təşəkkür elan edib. Əgər mən rüşvətxor idimsə, niyə təşəkkür edirdi? Görünür, yaxşı rüşvət ala bilməmişəm ki, məni həbs eləyiblər. Ancaq özümü şanslı hesab edirəm ki, məni dövlət çevrilişi, qanunsuz silahlı birləşmə kimi əməllərdə ittiham etməyiblər. Mən qanunsuzluqlara, özbaşınalıqlara etiraz olaraq istefa vermişəm. Bu iş də bununla bağlıdır. Bu adamların bəzilərindən şikayət daxil olub, bir qismi ilə bağlı cinayət işi başlanıb".
Məhləmədə rüşvət verdiyi iddia edilən şəxslər də ifadə veriblər. Onların bir hissəsi müstəntiqə rüşvət verdiyini deyib. Lakin R.Səfərov onların yalan danışdığını bildirib.
Prosesin davamında R.Səfərovun vəkili Bəhruz Bayramov vəsatət verib. Vəkil, rüşvət verdiyi iddia olunan şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün xüsusi qərar çıxarılması barədə vəsatət qaldırıb.
Bu vəsatət təmin edilməyib. Vəkilin ikinci vəsatəti rüşvət verdiyi iddia olunan şəxslərlə bağlı şikayət və cinayət işlərinin aqibəti barədə məlumat almaq istəyi ilə bağlı olub. Bu vəsatət təmin olunub.
Məhkəmə prosesi sentyabrın 7-də davam edəcək.
Qeyd edək ki, R.Səfərov Zərdab rayon prokurorluğunun müstəntiqi vəzifəsindən istefa verəndən sonra rüşvət alma ittihamı ilə həbs olunmuşdu, bir qədər sonra isə ev dustaqlığına buraxılmışdı.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024