Mediatv.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, Yüksekova Baş Prokurorluğunun göstərişi ilə saxlanılan general-mayor İsmail Güneşer hakim qarşısına çıxarılıb.
Məhkəmə türkiyəli komandanı "Konstitusiyanı pozmaq" və "FETÖ/PDY terör təşkilatına üzv olmaq"da ittiham edərək həbsxanaya salınmasına qərar verib.
Qeyd edək ki, İsmail Güneşer vaxtilə Türkiyənin 11-ci prezidenti Abdullah Gülün baş yavəri vəzifəsini icra edib.