Qubada qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ edən şəxslərin müəyyənləşdirilməsi istiqamətində əməliyyat keçirilib.
Mediatv.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, rayonun Talabıqışlaq kəndində yaşayan Coşqun Mirzəyevin evində rayon sakinləri Mədət Sədiyevin, Mikayıl Əmrahovun, Hafiz Gülmalıyevin, Vilayət Bağırovun, Firuz Bayramovun, Heydər Dadaşovun, Fuad Atayevin və Bakı şəhər sakini Samir Babayevin qanunla qadağan edilmiş dini təriqətlərdən birini təbliğ etmələri müəyyənləşib.
Quba Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən onlar saxlanılıb, barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələri ilə protokol tərtib edilib, izahatları alındıqdan sonra buraxılıblar.