Kriminal (4-07-2016, 11:13)
Daha bir MTN generalı həbs olunur
Eldar Mahmudovun “vurulması” ilə onun Milli Təhlükəsizlik Nazirliyində yaratdığı cinayətkar dəstənin ifşası davam edəcək
Qeyd edək ki, MTN-nin 21 yüksək vəzifəli əməkdaşı hazırda həbsdədir və onlar bir sıra ağır cinayətlərdə ittiham olunur
Mediatv.az bildirir ki, gununsesi.info-nu bilgiləndirən mənbənin sözlərinə görə, yaxın zamanlarda daha bir MTN generalı həbs edilə bilər. Bu, nazirliyin Kadrlar Baş İdarəsinin keçmiş rəisi, general-mayor Əlimusa Əliyevdir. Eldar Mahmudovun “vurulmasından” sonra təqaüdə göndərilən generalın artıq istintaqa dəvət olunduğu bildirilir. Əlimusa Əliyevin istintaqa dəvət olunmasına səbəb isə vaxtilə nazirliyə işə qəbul prosesində rüşvət hallarıdır. Məlumatda bildirilir ki, MTN-də işə düzəlmək üçün rüşvət verən amma gözləmə mövqeyində olan bir neçə nəfər son olaylara görə, işə qəbul edilməyib. Pulları atan həmin vətəndaşlar isə hüquq-mühafizə orqanlarına şikayət edib.
Bundan başqa rüşvət verib, yeni işə qəbul olunan şəxslərin də ifadələri alınıb.
Gün ərzində Əlimusa Əliyevin mövqeyini işıqlandıracaq.