Kriminal (18-05-2016, 15:31)
Cahangir Hacıyevin işi üzrə istintaq yekunlaşır
Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin işi üzrə aparılan istintaq başa çatır.
Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı rəsmi mənbələr məlumat veriblər.
Məlumatda bildirilir ki, Cahangir Hacıyevin işi ilə bağlı materiallar digər “kredit oliqarxlar”nın işləri ilə birlikdə tezliklə məhkəməyə göndəriləcək.
Xatırladaq ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda), 178 (dələduzluq), 178.3.2 (külli miqdarda ziyan vurmaqla törədildikdə), 179 (Mənimsəmə və ya israf etmə), 179.2.3. (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 309 (Vəzifə səlahiyyətlərini aşma) və 312-ci (Rüşvət vermə (aktiv rüşvətxorluq) maddələri ilə ittiham olunur.