Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (22-04-2016, 16:14)
Qıza görə iki qardaşı “Lexus”da gülləyən şəxsə ömürlük həbs

a14fef8aa42b818e9cf7e897c1c1d512

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Sahil qəsəbəsində iki qardaşı qətlə yetirməkdə təqsirləndirilən Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Mediatv.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum edilib.
Xatırladaq ki, prokuror çıxışında məhkəmədən Zaur Tərlanovun ömürlük azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Qeyd edək ki, hadisə 2014-cü il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib. Orada yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində həmin qəsəbə sakinləri Cavid və Cahid Rəhimov qardaşlarını öldürüb. Z.Tərlanov Sahil qəsəbəsinin girişində, yolun kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturan qardaşlara özünə məxsus “Vinçester” markalı odlu silahdan bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb hadisə yerindən qaçıb.
İlkin araşdırmalar zamanı hadisənin qız üstündə baş verdiyi bildirib.
Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Z.Tərlanov tutularaq istintaqa cəlb edilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024