Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (25-08-2015, 19:23)
Vəkil qadını bıçaqladılar - YENİLƏNİB - FOTO

Vəkil qadını bıçaqladılar - YENİLƏNİB - FOTO

18:57

Gəncədə məhkəmədə məğlub olan şəxs qarşı tərəfin vəkilinə 6 bıçaq zərbəsi vurub. Hadisə Gəncə Hüquq Məsləhətxanasında qeydə alınıb.

Kəpəz TV (Region TV) xəbər verir ki, biçaqlanma hadisəsi məhkəmədə keçirilən boşanma prosesindən sonra baş verib. Vəkillər Kollegiyasının üzvü, 49 yaşlı Xatirə Cəbrayılova qadın tərəfi müdafiə edib və məhkəmə onların lehinə qərar verib. Daha sonra hər iki tərəf Gəncə Hüquq Məsləhətxanasında vəkil Xatirə Cəbrayılovanın iştirakı ilə görüşüblər. Qarşı tərəf vəkilə alimentin çox kəsildiyini bildirib və yaranan mübahisə zəminində vəkilə 6 bıçaq zərbəsi endirib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, zərbələr vəkilin əsasən döş qəfəsinə və qoluna dəyib. Hazırda yaralının vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

---------

15:33

Gəncədə vəkil qadın öz iş otağında bıçaqlanıb.
Zərbələrdən biri Vəkillər Kollegiyasının üzvü, 49 yaşlı Xatirə Cəbrayılovanın döş qəfəsinə, biri də qoluna dəyib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, bıçaq yaraları daxilə keçməyib. Hazırda Xatirə Cəbrayılovanın vəziyyəti stabildir və həyati təhlükəsi yoxdur.

Qeyd edək ki, hadisə vəkilin iş otağında baş verib və xəsarət yetirən Cəbrayılovanın iştirak etdiyi proseslərdən birində qarşı tərəfin nümayəndəsidir

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024