Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (19-08-2015, 15:11)
Deputatın qumarda uduzan qohumuna 8 il cəza

Deputatın qumarda uduzan qohumuna 8 il cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Hacızadə Rövşən Hacı oğlunun cinayət işiüzrə məhkəmə prosesi başa çatıb. 

 

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən Hacızadə Rövşən 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ittihama görə, “Karat” MTK-nın icraçı direktoru Rövşən Hacızadə tanışı Qərib Əmiraslanovla qabaqcadan əlbir olub tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil ediblər.

Onlar MTK-nın Bakı şəhərində inşa etdiyi çoxmərtəbəli yaşayış binasında əvvəllər ayrı-ayrı şəxslərə satılmış 5 mənzili və 4 avtodayanacaq yerlərini təkrarən başqa şəxslərə satmaqla 1 milyon 112 min manat məbləğində pulu mənimsəyiblər. R.Hacızadə ifadəsində göstərib ki, ittiham üzrə bütün qanunsuzluqlar deputat Əsabil Qasımovun yaxın qohumları olan Taleh Qasımov, Umud Umudov, Qərib Əmiraslanov və İntiqam Umudov tərəfindən törədilib: "Mənzil və avtomobil yerlərinin satılması barədə sənədlər Əsabil Qasımovun təhriki ilə yazılıb: “Mən “Karat” MTK-da heç bir vəzifədə işləməmişəm, heç bir səlahiyyətim olmayıb, heç kimin pulunu ələ keçirmək üçün mənzil və ya avtodayanacaq yerləri satmamışam. “Karat” MTK-da heç bir vəzifəm olmadığından vəzifə saxtakarlığı törətməmişəm. Əsabil Qasımov və onun yaxın ətrafı öz saxtakarlıqlarını gizlətmək məqsədilə mənə şər, böhtan atırlar”.

Digər təqsirləndirilən Qərib Əmiraslanov isə ona elanolunmuş ittihamla özünü qismən təqsirli bilib.İstintaq materiallarına istinad etsək görərik ki, Q.Əmiraslanov əslən Ağdam rayonundan olan Yusif Əfsəriyə qumarda külli miqdarda pul uduzduğunu, ona qalan 205000 manat borcun əvəzinə “Karat” MTK-dan mənzil vermək barədə razılaşdığını göstərib. O, R.Hacızadədən xahiş edib ki, X.Şuşinski küçəsi, 12 saylı binadakı 4 otaqlı mənzili Y.Əfsərininqardaşı oğlunun adına sənədləşdirilməkdə köməklik etsin. Bunun müqabilində Y.Əfsəridən pul almayıb.

Bundan başqa 2012-ci ilin fevral ayında 205000manata satdığı mənzilin pulunu öz şəxsi ehtiyaclarına xərclədiyini göstərib. R.Hacızadə də onun xahişi ilə mənzilin C.Rzayevin həyat yoldaşının adına sənədləşdirilməsi barədə sənədləri tərtib edərək ona verib.

Cinayət işində digər təqsirləndirillən şəxs, deputatın qohumu Qərib Əmiraslanov isə 8 il müddətinə şərti cəza alıb. Q.Əmiraslanov bu günə kimi polisin nəzarətinə verilmişdi.

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024