Kriminal (15-08-2015, 18:17)
"Dəyməzdi, rəis, elə peşmanam ki, ailə quracaqdım..." - VİDEO
Abşeron rayonu ərazisində mənzildən televizor oğurlayan şəxs saxlanılıb.
Bu ilin 26 iyul tarixində vətəndaş Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ona məxsus mənzildən bir ədəd televizorun oğurlandığını bildirib. Rayon polis əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində Abşeron rayon sakini, 25 yaşlı Ələddin İbrahimov saxlanılaraq istintaqa cəlb olunub.
İlkin istintaq zamanı saxlanılan şəxsin narkotik aludəçisi olduğu da aşkarlanıb. Təqsirləndirilən şəxs evdən oğurluq edən zaman sərxoş olduğunu deyib: "Piyan idim. Girdim evə, bir dənə televizoru götürüb çıxdım, aparıb satdım. Dəyməzdi, rəis, elə peşmanam ki. Ailə quracaqdım..."
Qeyd edək ki, bu, saxlanılan şəxsin birinci məhkumluğu olmayacaq. Hazırda onun barəsində cinayət işi açılıb, araşdıram aparılır.