Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (8-08-2015, 10:50)
Xədicə İsmayılovanın məhkəməsində zərərçəkən prosesə gəlmədi

Xədicə İsmayılovanın məhkəməsində zərərçəkən prosesə gəlmədi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın məhkəmə iclası keçirilib. 

 

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Tural Mustafayev prosesə gəlməyib. Onun məcburi şəkildə prosesə gətirilməsi barədə qərar qəbul edilib.

X.İsmayılova cinayət işinin materialları ilə tanış olmasının təmin edilməsi barədə qaldırdığı vəsatət təmin olunub.

Pokuror ittiham aktını elan edib. İttiham aktına əsasən, Xədicə İsmayılova qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir.

Xədicə İsmayılova isə ittihamlarla razılaşmayıb. “AzadlıqRadiosu"nda vergi məsələləri ilə məşğul olmadığını deyib.

Proses nahar fasiləsindən sonra davam etdiriləcək.

Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə- külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.

Mediatv.az

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024