Kriminal (28-10-2024, 21:08)
Zərifə Abbasova ölkədən qaçıb - İnterpol onu axtarır
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, məhkəmədən gizləndiyi üçün bir neçə ay axtarışda olan Zərifənin Bakı-İstanbul aviareysi ilə Azərbaycan Respublikasını tərk etdiyi məlum olub. Nəsimi Rayon Polis İdarəsi məhkəməyə göndərdiyi arayışda onun Türkiyədə yaşadığını qeyd edib.
Z.Abbasova artıq Dövlətlərarası və Beynəlxalq axtarışa verilib. İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosundan bildirilib ki, təqsirləndirilən xanımın yerinin müəyyən olunması istiqamətində İnterpol kanalları ilə axtarış tədbirləri davam edir.
Qeyd edək ki, bir neçə gün əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində Z.Abbasova barəsində qiyabi hökm çıxarılıb. Ona 10 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qadının üzərinə həbs qoyulmuş evi də dövlətə dəymiş ziyanın bir qisminin ödənilməsi üçün müsadirə edilib.