Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (22-10-2024, 21:47)
Əməkdar artistin övladına qarşı cinayət törədilib? – “Baş Prokurorluq müdaxilə etməlidir”

 Əməkdar artist Elnur Kərimovun sosial şəbəkədəki paylaşımı müzakirələrə səbəb olub. Belə ki, o, son günlər Türkiyənin gündəmini zəbt edən körpə ölümləri ilə bağlı qandonduran hadisəyə diqqət çəkərək, özünün də belə hadisə ilə üz-üzə qaldığını qeyd edib.
Sitat: “Son günlərdə Türkiyədə “Yenidoğan qruplaşma” hadisəsi mənə təəccüblü gəlmədi. Bakıda da var. Mən də bunun qurbanı olmuşam. İndi də övladımla bundan əziyyət çəkirəm”.
Globalinfo.az-a danışan Demokratiya və İnsan Hüquqlar Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, bu, əməkdar artist E.Kərimovun paylaşımıdır və bunu dəqiqləşdirmək lazımdır.
 


Çingiz Qənizadə
O, dərhal buna reaksiya verməyi, şərh yazmağı məqsədəuyğun hesab etmədiyini deyib:
“Əslində, Elnur Kərimovun açıqlaması cinayət faktının olması ilə bağlı bir məsələdir. Hesab edirəm ki, bu cür açıqlamalardan sonra E.Kərimov hüquq mühafizə orqanlarına müraciət etməli, onun ərizəsi alınmalı və araşdırılmalar başladılmalıdır. Ümumiyyətlə, bəzən cinayət hadisəsinin baş verməsi haqda məlumatlar əsasında da istintaq orqanları tərəf çağırmadan özləri faktın aydınlaşdırılması istiqamətində addımlar atırlar. Amma burada Elnur Kərimovun dediyi məsələ elədir ki, onun kiminləsə təmasda olması, kiminsə ona qarşı cinayət törədib-törətməməsini araşdırmaq üçün mütləq prokurorluğa müraciət etməlidir. E.Kərimovun izahatını aldıqdan sonra araşdırılma başlamalıdır. Amma hər deyilən sözün həqiqət olub-olmadığını bilmədən məsələ ətrafında əsassız fikirlər səsləndirməyin tərəfdarı deyiləm”.
 


Ramil Süleymanlı
Hüquqşünas Ramil Süleymanlı deyib ki, Türkiyə və ya istənilən bir dövlətdə belə hadisənin olması çox üzücüdür:
“Çünki söhbət burada körpə uşaqlardan gedir. Düzü, bizim ölkədə belə bir hadisənin yaşanması haqda məlumatım yoxdur. Qeyd edim ki, Azərbaycanda xəstəyə yanlış diaqnozun qoyulması və ya hansısa bir şəkildə bilərəkdən müalicənin düzgün təyin olunmaması cinayət məsuliyyətinə səbəb olur. Cinayə Məcəlləsinin (CM) 134-cü maddəsinə görə, bu, ehtiyyatsızlıqdan adamöldürmədir. Əgər şəxs ehtiyyatsızlıqdan adamöldürmə cinayətini törədirsə, o zaman həmin adama 3 ildən 7 ilə qədər azadlığın məhdudlaşdırılması və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin olunur. İki və ya daha çox şəxsin ölümünə səbəb olduqda isə şəxsə birmənalı şəkildə 2 ildən 6 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin olunur. Əgər həkimlər səhlənkarlıq ucbatından düzgün diaqnoz və müalicə təyin etməyiblərsə, o zaman bu, CM-nin 314-cü maddəsinin sanksiyasına düşür. Belə ki, həmin maddənin mətninə görə, şəxsin öz vəzifəsinə səhlənkar yanaşaması nəticəsində digər birinin sağlamlığına zərər dəyərsə, bununla bağlı həkim 1500 manatdan 3000 manata qədər cərimə olunur və ya 6 ayadək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Əgər o, səhlənkar davranış nəticəsində zərərçəkən şəxsin ölümünə səbəb olursa, cinayəti törədən adam barəsində CM-nin 314.2-ci maddəsinə əsasən cinayət işi başlanılır və 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin olunur”.
Hüquqşünasın sözlərinə görə, bu səhlənkarlıq 2 və daha çox şəxsin ölümünə səbəb olursa hadisəni törədən şəxsə 3 ildən 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası təyin olunur:
“İstintaq məsələni araşdıran zaman mütləq qrup şəklində olub-olmaması və niyyətin birbaşa insanların ölümünə hesablanmış olduğu müəyyən edilirsə, daha ağır maddələrlə cinayət işinin başladılması mümkündür. Qeyd edim ki, əməkdar artist Elnur Kərimovun bununla bağlı sosial şəbəkələrdə paylaşımı dərc olunubsa, Baş Prokurorluq reaksiya göstərməli, şəxsin özü prokurorluğa dəvət olunmalı, müvafiq qaydada ərizə və izahatı alınmalıdır. Əgər həqiqətən də belə bir fakt varsa, bununla bağlı dərhal araşdırmalara başlanılıb, ictimaiyyətə məlumat verilməlidir”.шаблоны для dle 11.2

Xəbər lenti
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
19 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025
18 04 2025