Kriminal (24-09-2024, 13:25)
3 saylı Uşaq Evi ilə DƏHŞƏTLİ FAKTLAR
Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evi ilə dəhşətli faktlar ortaya çıxıb.
Sonxeber.az xəbər verir ki, ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişininə çıxan qadın bildirib ki, 2017-ci ildə iki oğlumu 3 saylı Uşaq Evinə qoymuşdum:
"Uşaqlarımı maddi vəziyyətimiz yaxşı olmadığına görə 3 saylı Uşaq Evinə yerləşdirməli oldum. Amma öncə uşaqlarımı 1 saylı Uşaq Evinə qoymuşdum. Orda da vəziyyət eynidir. Uşaqları vəhşicəsinə döyürlər. Orada uşaqlarımın başına bit düşmüşdü. Bir ayda üç dəfə getsəm də böyük oğlumu mənə göstərmədilər. Sən demə onu orda çox pis şəkildə döyüblər. Məcbur olub uşaqlarımı Xətai rayonunda yerləşən 3 saylı Uşaq Evinə yerləşdirməli oldum. 3 il uşaqlarım orada qaldı. Burada da uşaqlarımı çox pis şəkildə döyürdülər. Böyük oğlum döyülmələrə dözməyib, uşaq evindən qaçırdı. Müəllimlər uşaqları diz üstündə otuzdurub, döyürdülər. Böyük uşaqlar müəllimlərin göstərişi ilə balacaları döyürdülər".
3 saylı Uşaq Evində 3 il yaşayan Ramal bildirib ki, mən dəfələrlər oradan qaçmışdım: "Orada uşaqları çox pis döyür və söyürdülər.. Sonuncu dəfə balaca qardaşımı döyəndə tualetdən qaçdıq. Böyük uşaqlar bizi vuranda sadəcə bizi Gülcan xanım müdafiə edirdi".
"Səni Axtarıram" verilişinə göndərilən məktubda da 3 saylı Uşaq Evində uşaqların başına açılan oyunlar qeyd edilib.
"Aylar öncə oradan övladlığa uşaq götürdüm. Uşağın davranışları və danışdıqları dəhşətli idi. Biz ona görə də Sosial Xidmətlər Agentliyinə müraciət etdik. 1 ay yarımdır ki, psixoloq ancaq oyun oynayır, heç nə araşdırmır. 4 yaşlı uşağa edilənlər məni dəhşətə gətirdi".
Efirə zəng edən qadın bildirib ki, bacım bir müddət 3 saylı Uşaq Evində işləyib:
"Uşaqlar orada ac saxlanılır. Körpələri 16 yaşlı uşaqlara döydürürdülər. Uşaqlar ac olduğundan hətta marketdən oğurluq etmişdilər. Bacım uşaqlara verilən işgəncələrə dözməyib işdən çıxdı".
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024