Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Kriminal (29-08-2024, 12:31)
Şəkidə türmə rəisi məhbusu cəzalandırıb "kars"a salıb - mediada şikayəti getdiyi üçün...

 


Qaxın Qaxmuğal kənd sakini, 1963-cü il təvəllüdlü Hikmət Dəmirçiyev barəsində Şəki rayon Məhkəməsinin ədalətsiz qərarı və türmə rəisinin müavini Elçin Cəlilov haqda Anaxeber.info-da məlumat yayımlanmışdı. Dəmirçiyevlər ailəsinin saytımıza verdiyi xəbərə görə, həmin şikayətin işıqlanmasından sonra türmə rəisi məhbus Hikmət Dəmirçiyevi 13 günlük "kars"a salıb və sonra müddətini uzadıb.
Dəmirçiyevlər ailəsi bildirir ki, türmə rəisi və onun müavini mətbuatda bu məsələnin ictimailəşməsindən qəzəblənərək bunun acığını məhkumdan çıxıblar və" kars"a salıblar. Ailə qeyd edir ki, Ədliyyə Nazirliyi və Penitensiar Xidmət, o cümlədən bu hadisədən xəbər tutan hüquq müdafiəçiləri həbsxanaya başa çəkməli, Hikmət Dəmirçiyevin saxlanma şəraiti ilə maraqlanmalıdırlar. Ailəsi nazir Fərid Əhmədov və Penitensiar Xidmət rəhbərinə müraciətində xahiş edir ki, Dəmirçiyevin cəzalandırılması və "kars"da saxlanması ilə əlaqədar cəzaçəkmə müəssisəsinə baxış keçirsinlər, rəhbərliyin fəaliyyətini araşdırsınlar.
Qeyd edək ki, Hikmət Dəmirçiyev bu yaxınlarda Şəki rayon Məhkəməsinin qərarına əsasən məhkumluğunun başa çatmasına 4 ay qalmış şərti azadlığa buraxılmışdı. Onun həbsdə olduğu dövrdə özünü nizam-intizamlı aparması, cəzaçəkmə müəssisəsinin nümayəndəsinin də hakim Kamran Musayev qarşısında Hikmət Dəmirçiyevi tərifləməsi, nümunəvi dustaqlardan biri olduğunu deməsi məhkəmənin onu vaxtından 4 ay tez şərti azadlığa buraxmasına təsir etmişdi. Hakimin qərarına əsasən Dəmirçiyev evə buraxılmışdı. Beləliklə, 3 il, 7 ay məhkumluq yaşamış Dəmirçiyevin cəzasının yerdə qalan 4 ayının şərti azadlıqda çəkməsinə qərar verilmişdi. Lakin Dəmirçiyevlər ailəsinin bildirdiyinə görə, Hikmət Dəmirçiyev həbsxanada olarkən rəis müavini Elçin Cəlilov (zampalit) şərti azadlığa çıxdıqdan sonra gəlib onları "görmələrini", "hörmət" etməyi istəyib. Yəni açıq şəkildə rüşvət tələb edib və "bizi gör" söyləyib. Ailənin sözlərinə görə, onlar kasıb insanlardır, kənd adamıdırlar, dolanışığı güclə çatdırırlar, Hikmət Dəmirçiyev də maddi imkanı olmayan bir adamdır, ona görə "zampalit" Elçin Cəlilova pul verməyə gücləri yoxdur. Bildirilir ki, bu zaman Elçin Cəlilov Hikmət Dəmirçiyevi hədələyib, pul olmasa, təzədən həbsə qayıdacağını xəbərdar edib.
Ailənin bildirdiyinə görə, bir müddət sonra Şəki Apelyasiya Məhkəməsinə protest verilib, Hikmət Dəmirçiyev prosesə çağırıb, hakim onun cəzasının yerdə qalan 4 ayını, həmçinin, şərti azadlıqda olduğu müddəti də bura əlavə edərək həbsxanaya göndərilməsini təmin edib. Ailə bu qərarı ədalətsizlik və türmə rəisinin məhkəməyə təsiri hesab edir. İndisə bu qərardan şikayətin mediada dərc olunması məhkumun cəzalandırılıb karsa salınmasına səbəb olub.
Ailə məsələ ilə bağlı Prezident İlham Əliyev, Ali Məhkəmənin sədri İnam Kərimov, ədliyyə naziri Fərid Əhmədovdan kömək istəyirlər, bu işin araşdırılmasını xahiş edirlər.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024