Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (26-11-2021, 10:12)
Ədliyyə Nazirliyinin İCRA DƏLLALLARI

 




 "Azərbaycan Respublikası Konstitusiyasının Azərbaycan Respublikasında ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olmasını Ana Qanunun 147-ci maddəsi doğrulayır. Konstitusiyanın 129-cu maddəsinə görə, məhkəmə qərarları dövlətin adından çıxarılır və icrası məcburidir. Məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur". Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15-ci maddəsinə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qərarları bütün dövlət hakimiyyəti , yerli özünüidarəetmə orqanları və onların vəzifəli şəxsləri, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqları , onların vəzifəli şəxsləri, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə qərarlarının icra olunmaması məhkəməyə hörmətsizlik sayılır və qanunla nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Bunlar qanunun tələbidir, gerçəkdə isə məhkəmələr özləri çıxardıqları qərarların icrasını təmin etməkdən imtina edir, Ədliyyə Nazirliyinin icra və probasiya şöbələri icranı həyata keçirmək əvəzinə, icraya qadağa qoyurlar. Nəzarətedici qurumlar, hüquq müdafiə orqanları , Ombudsman , birbaşa görəvlərinə aid olsa da, nəinki icranın təmin edilməsini təmin edirlər, əksinə , Konstitusiyaya, dövlətə hörmətsizlik edirlər.

Bakı İnzibati Məhkəməsi (hakim Şərafət Məmmədova) 20.06.2016 tarixli 2-1 (81)-1095/16 saylı qərarla cavabdeh ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin (hazırkı Sosial Xidmətlər Agentliyinin) üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, diskresion səlahiyyətəri çərçivəsində iddiaçı Qarabağ qazisinin mənzillə təmin edilməsi öhdəliyini qoymasından 5 il yarım keçsə də, hələ də məhkəmə nə İnzibati Prosessual Məcəllənin 116.2 maddəsinə əsasən, qərarının icrasını təmin edib, nə 74-cü maddəyə görə, diskresion səlahiyyətər daxilində hərəkət edən inzibati orqanın -borclu Sosial Xidmətlər Agentliyinin hərəkət(sizliy)inə qiymət verib. Məhkəmə heç tələbkarın icradan imtina edən borclu inzibati orqana xəbərdarlıq və cərimə tətbiq edilməsi haqqında beşillik , minə yaxın ərizələrinə də “partizan susqunluğu” ilə cavab ver(m)ir . Nə baş prokuror , nə Ombudsman , nə də Məhkəmə Hüquq Şurası, Ədliyyə Nazirliyi məhkəmənin “dilini aça bilir”! (?) Çoxsaylı şikayətlərdən, “dilaçma” metodlarından sonra “məsləhətçi -hakimlər” bildirib ki, DSMF-in məktubu ilə (?) Yasamal icra şöbəsi 2017-ci ildə icraata xitam verib. Özbaşınalığa baxın, icranı təmin etmək görəvi məhkəmənin üzərinə düşdüyü , məhkəmə icra sənədi vermədiyi , DSMF borclu olmadığı halda, məktubla (?) icra necə təmin oluna , Qarabağ qazisi necə mənzil yiyəsi ola bilər? Bu yekəlikdə məhkəmə hüquq sistemi bilmir ki, mənzillə təmin olunmaq üçün order verilir, məktub yox? Ombudsman Aparatının da bu icra özbaşınalığına hüquqi qiymət verilməsini təmin etmək əvəzinə, məsləhətçilərin uydurmalarını Konstitusiya aktı kimi sırıması ölkədə insan haqlarının durumunun hansı səviyyədə olmasını ortaya qoyur. Absurdluğa baxın, borclu icranın təmin olunmadığını beşillik məktublarla bildirir, Bakı İnzibati Məhkəməsi, məsləhətçilər, Ədliyyə Nazirliyinin anonim icra məmuru, Ombudsman icranın 4 il qabaq təmin olunduğunu. Belə məhkəmə hüquq sistemi ilə məhkəmə qərarı “it ilində”də icrasız qalar. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin 161 qaynar xətti isə 2 il sonra “operativ qaynarlıqla” şikayətə “baxıb” və hələ də -3 aydır qərarını vermir.

Bakı Apellyasiya Məhkəməsinin (sədrlik edən Sevda Hüseynova) 05.07.2011 tarixli “qanpulu”nun verilməsi haqqında qətnaməsinin icrasından borclu Dövlət Sığorta Kommersiya Şirkətinin qərəzlə imtinasının da 10 ili tamam oldu . “Qanpulu” yeyintisini o dünyaya daşıyan şirkət rəhbərinin yem artığını indi müavini Aftandil Hacıyev yeyir. Maraqlıdır ki, Ədliyyə Nazirliyinin Binəqədi və Nəsimi icra şöbələri, məhkəmələrin özləri “qanpulu”na elə iştahla girişiblər ki, Konstitusiya Məhkəməsinin 28.01.2014 tarixli qəti, təfsir olunabilməz qərarını iştahlarına uyğun izah edib, icradan imtina edirlər. Sözügedən qərarın qəbul edilməsi iclasında iştirak edən hakimlər, “qanpulu” dəllalları belə

Konstitusiyaya qarşı çıxmaqla tamahlarını dövlətdən üstün tutduqlarını ortaya qoyublar. Baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin “yanında” Qarabağ qazilərinin “qanpulu”nu yeyən Dövlət Sığorta Kommersiya Şirkətinin “qaniçən iştahını” küsdürən olacaqmı?

Qan(pulu) qanımızı necə qaraltdısa, Xətai məhkəməsinin 26.05.2009 və 21.06.2011 tarixli 2 qətnaməsi ilə Qarabağ qazisinə verilən Nizami rayonu, Bəhruz Nuriyev -10a ünvanındakı qeyri – yaşayış otaqlarının borclular ƏMDK, Nizami RİH və. .. (inandırıcı görünmür, ) ƏDLİYYƏ NAZİRLİYİNİN XƏTAİ VƏ NİZAMİ İCRA ŞÖBƏLƏRİNİN MÜTƏŞƏKKİL DƏSTƏ ŞƏKLİNDƏ ƏLƏ KEÇİRMƏLƏRİNİ vurğulamağı ertələmək zorunda qaldıq. Eybi yox, 150 ay (?) gözləyən tələbkar borclunun saxtalığına hüquq qiyməti verilməsini tələb edər, gözləyər . Bəlkə ona kimi , baş prokuror yanında korrupsiyaya qarşı mübarizə baş idarəsinin 161 qaynar xəttində son bir ayda iki dəfə qeydə alınan şikayətinə baxan olar. . Hələliksə, qazinin əmlakı icra dəllallarının işğalı altındadır".

İddia olunanlarla bağlı  bütün maraqlı tərəfləri dinləməyə hazırıq..
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024