Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (30-06-2021, 12:55)
İki min il yaşı olan “Üç qəbir” tarixi abidəsi ilə bağlı üç sual-FOTO


 


 Mədəniyyət Nazirliyində Rafiq Bayramov – Zakir Sultanov dəsti-xəttinin qorunub saxlanmasında maraqlı olan qüvvələr var
 Sadiq izləyicilərimiz xatırlayarlar, bir neçə gün əvvəl Mediatv.az saytı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin korrupsiya ittihamı ilə həbs olunmuş sabiq rəisi Zakir Sultanovun sadiq kadrlarından olan, 2014-2018-ci illərdə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində çalışmış, 1 oktyabr 2018-ci il tarixindən isə Qobustan Milli-Tarix-Bədii qoruğunun direktoru vəzifəsinə təyin olunmuş Vüqar İsayevin sektor müdiri işlədiyi dövrdə vəzifəsinin öhdəsindən gələ bilməməsi barədə tənqidi məqalə dərc etmişdi.
Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən, 2 min il yaşı olan “Üç qəbir” tarixi abidəsi haqqında redaksiyamıza daxil olmuş çox ciddi məlumatlar əsasında hazırlanmış həmin məqalədə bildirmişdik ki, sözügedən abidə Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə arxeoloji abidə kimi qeydiyyata götürülmüşdür. Amma çox təəssüflər olsun ki, bu tarixi abidənin inkişafı, bərpası, tanıdılması, insanların ziyarətinin təşkili və ən əsası ərazisinin müəyyənləşdirilməsi üçün heç bir hüquqi addım atılmayıb. Məqalədən sitat: “Həmin əraziyə 2006-cı ildə qeyri-qanuni olaraq Cəfərxanlı kənd sakini Paşayev Əhmədağa adlı şəxsin adına zəbt olunmuş torpaq kimi çıxarış sənədi verilib. Qəribədir ki, hansısa səbəbdən Vüqar İsayev bu boyda faktı görməyib, zəbtkarı və ona çıxarış verən orqanı məhkəməyə verməyib. Belə olan halda onun hazırki vəzifəsində də özünü korluğa vurmayacağına, məsələn, Qavaldaşın hansısa nağaraçı diletant tərəfindən özəlləşdirilməsinə göz yummayacağına zəmanət yoxdur desək, yanılmarıq”.
Mədəniyyət naziri Anar Kərimova ünvanladığımız 03 may 2021-ci il tarixli, 10/211 nömrəli məktubla adresatdan Cəfərxanlı kəndi ilə bağlı həmin məlumatın araşdırılmasını, faktla bağlı lazımi tədbir görülməsini və nəticə barədə redaksiyamızın məlumatlandırılmasını xahiş etmişdik. Nəhayət ki, üstündən ay yarımdan artıq vaxt keçəndən sonra Nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti  Mediatv.az saytının Cəlilabad rayonunun Cəfərxanlı kəndində yerləşən yeni aşkar olunmuş “Üç qəbir” adlı arxeoloji abidə ilə bağlı müraciətinə baxmışdır. Əlbəttə, əgər buna “baxmaq” demək olarsa!
 






Dövlət Xidmətindən redaksiyamıza verilmiş cavab məktubunda bildirilir: “Həmin arxeoloji abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatında olan abidələrin siyahısına daxil edilməmişdir. Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı"nın 2.1.1 yarımbəndinin icrasını təmin etmək məqsədilə Dövlət Xidmətinin əməkdaşları tərəfindən ölkə ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin monitorinqi həyata keçirilmiş və yeni siyahı formalaşdırılmışdır. Hazırlanmış siyahı Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri ilə birgə nəzərdən keçirilmiş və müvafiq rəy alınmışdır. “Üç qəbir” adlı abidə də yeni aşkar olunmuş arxeoloji abidə kimi qeydə alınıb. Yeni siyahı təsdiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim ediləcəkdir. Siyahıya daxil edildiyi təqdirdə müvafiq tədbirlər həyata keçiriləcəkdir”.
Fars demişkən, xob! Xatırladaq ki, məlum obyektin Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş dövlət qeydiyyatında olan abidələrin siyahısına arxeoloji abidə kimi daxil edilməsi barədə məlumatı hazırlandığı 03.11.2017-ci il tarixli etibarlı mənbədən almışıq. Elə isə Dövlət Xidməti bu məlumatı təkzib etməklə görən nəyə nail olmaq istəyir? Onu dəqiq bilirik ki, Dövlət Xidməti həmin məlumatı təsdiqləyəcəyi təqdirdə Vüqar İsayevin öz vəzifəsinin öhdəsindən gələ bilmədiyi barədə qeyd olunanlar da təsdiqini tapmış olacaqdı və bundan irəli gələn suallar da cavab istəyəcəkdi.
Tutaq ki, “Üç qəbir” abidəsi 2001-ci il avqustun 2-nə qədər deyil, 2014-cü ildən sonra keçirilmiş monitorinq nəticəsində yeni aşkar olunmuş abidə kimi qeydə alınıb. Bəs yaxşı, yeni siyahı təsdiq edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinə nə vaxt təqdim ediləcək? Və yaxud, obyektin məhz tarixi abidə olduğu bilindiyi halda onunla bağlı müvafiq tədbirlərin (o cümlədən, mühafizəsinin) həyata keçirilməsini adının siyahıda təsdiq ediməsinədək yubatmaq nə dərəcədə məntiqlidir? Bəlkə Mədəniyyət Nazirliyində Rafiq Bayramov və Zakir Sultanov üsuli-idarəsinin, dəsti-xəttinin qorunub saxlanmasında maraqlı olan qüvvələr var? Göründüyü kimi, bu suallar hələ açıq qalır.
 шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024