Karusel (5-04-2021, 15:37)
Həbs dalğası Hacıbala Abutalıbova çatır.
Sabiq məmurların həbs olunması bütün zamanların ən aktual müzakirə mövzusudur.
İcra başçılarından nazirlərə qədər fəaliyyətində nöqsanlara, dövləti cinayətlərə yol vermiş məmurların həbs olunması cəmiyyət tərəfindən birmənalı şəkildə dəstəklənir. Hakimiyyətin başlatdığı dərinləşmiş islahat dalğası da sabiqlərin həbsinə “yaşıl işıq” yandırır.
Bu gün ən çox şikayət olunan qurumların başında İcra Hakimiyyətləri gəlir. Bəllidir ki, regionlarda icra hakimiyyətlərinin fəaliyyəti acınacaqlıdır. Bunu həbs olunan icra başçılarının timsalında görmək mümkündür.
Vətəndaşlar da, dövlət də narazıdır. Vətəndaş icra hakimiyyətlərinin yarıtmaz fəaliyyətindən mütəmadi olaraq dövlətə şikayətlənir, araşdırmalar nəticəsində məmurların həbsinə səbəb olacaq qədər qanunsuzluqlar aşkarlanır.
Paytaxtda da icra hakimiyyətləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Vətəndaşların incidilməsi, korrupsiya, rüşvət amilinin hələ də aktual olması paytaxtdakı icra başçılarının həbs olunan həmkarlarınında dərs çıxarmadığı qənaətini yaradır. Proses isə davam edir.
Həbs dalğası qanunsuz fəaliyyəti “nümunə olan” məmurlara doğru sürətlə yaxınlaşır. Bugünlərdə həbs olunan Bakı Şəhər İcra Hakimiyyətinin sabiq aparat rəhbəri Rasim Quliyev isə sabiq Bakı meri Hacıbala Abutalıbovun həbs olunacağı məsələsini aktuallaşdırıb.
Qeyd edək ki, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Rasim Quliyev paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsində ittiham olunur.
Xatırladaq ki, Rasim Quliyev 2010-2018-ci illər ərzində bu vəzifəni icra edib. O, keçmiş icra başçısı Hacıbala Abutalıbova ən yaxın kadrlarından biri hesab edilirdi. Əgər Rasim Quliyev haqqında deyilənlər, iddia edilən cinayət əməlləri sübuta yetirilərsə, bu proses təkcə onun həbsi ilə yekunlaşmayacaq.
Bu “dalğa”nın Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovu da aparacağı istisna deyil. Çünki sözügedən (Rasim Quliyevin ittiham olunduğu proseslərin baş verdiyi zaman-müəll.) müddətdə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov olub və bu məsələlərədn xəbərdar olmaması mümkün deyil. Bəllidir ki, dövlət strukturlarında bir çox hallarda “aşağıdakılar”ın əməlləri “yuxarıdakıların” tapşırıqları əsasında törədilir.
Əgər belə olmasa belə, Bakı merinin “sağ əli” olan Rasim Quliyevə qarşı bu gün irəli sürülən ittihamlardan zamanında xəbərsiz olması mümkün görünmür. Necə ola bilər ki, Bakını sevdiyini hər çıxışında vurğulayan, “Bakını sevə-sevə tikirəm, tikə-tikə sevirəm” cümləsi hətta lətifəyə çevrilən Hacıbala Abutalıbov aparat rəhbərinin 100-dən artıq yaşı olan tarixi abidənin sökülməsi barədə qərara imza atmasından xəbərsiz olsun?
Belə görünür ki, əgər ittihamlar təsdiqini taparsa, Hacıbala Abutalıbovun da cəzalandırılması qaçılmaz olacaq.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024