Son günlər “Gənclik” metro stansiyasının yanında, “Qələbə meydanı” ərazisində tunelin tikintisinə çəkilən böyük məbləğdə xərc əsas müzakirə mövzularından birinə çevrilib. Belə ki, məsələ “Italian Design Holding” şirkətinin rəhbəri Franko Ritsatonun linkedində 2013-cü ildə həmin tunelin tikilməsinə çəkilən xərcin 512 mln dollar (400 mln. manat) olduğunu açıqlaması ilə gündəmə gəlib. Çəkilən xərcin yüksək olması sosial medianın tənqid hədəfinə çevirilib.
İqtisadçı ekspert Natiq Cəfərli “MediaPost”a açıqlamasında bildirdi ki, tunelin tikintisi ilə bağlı layihəyə çəkilən xərc görülən iş ilə mütənasib deyil.
Ekspert həmçinin əlavə edib ki, böyük neft pulları dövründə qiyməti ilə görülən işin adekvat olmadığı bir sıra layihələr həyata keçirilib. Bunlar isə əsasən yolların, tunellərin, körpülərin tikintisində özünü daha çox büruzə verib:
Qeyd edək ki, ümumi uzunluğu 546 metr, eni 16,5 metr olan tunelin inşaat işlərini “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”, tunelin daxili işıqlandırma sistemini isə İtaliyanın dizayn şirkətləri layihələndirib və icra edib.
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024