Karusel / Slayd (17-12-2020, 11:52)
Nazirlik buralara müdaxilə etməlidir - İTTİHAM
Pandemiya səbəbindən ölkəmizdə elan olunan karantin vəziyyəti təhsil sahəsində ciddi problemlər yaratsa da bir çoxları üçün qeyri-qanuni qazanc mənbəyinə çevrilib. Bəzilərinin bu qanunsuz əməlləri isə minlərlə insanların sağlamlığını təhlükə altına qoyur. İnsanların taleyi faktiki olaraq naşı tibb işçilərinin əlindədir.
Əlbəttə bunu bütün tibb işçilərinə aid etmək doğru olmazdı. Amma fakt odur ki, tibb işçilərinin əhəmiyyətli hissəsi işlərinə ya məsuliyyətsiz yanaşır, ya da ümumiyyətlə üzərlərinə götürdükləri vəzifəni icra etmək bacarığına malik deyillər. Bunun da başlıca səbəblərindən biri təhsillə bağlıdır. Məsələn götürək 2 saylı Bakı Baza Tibb Kolleci barədə dəfələrlə mətbuatda tənqidi materiallar dərc olunub. Lakin kollecin direktoru Dilarə Məmmədəliyeva nəinki tənqidlərdən nəticə çıxarmır, əksinə daha da “kızışıyor”…
Pandemiya səbəbindən təhsilin onlayn sistemə keçirilməsi Dilarə Məmmədəliyeva üçün yeni bir qazanc mənbəyi yaradıb. Təbiidir ki, bəzi tələbələrin texniki cəhətdən onlayn dərsələrə qatımaq imkanı yoxdur. D.Məmmədəliyeva tələbələri imtahana burxmayacağı ilə hədələyib onlardan buraxdıqları onlayn dərslərə görə pul tələb edir.
Onsuz da 2 saylı Tibb Kollecində hər zaman qiymətləndirmə zamanı tələbələrin savadından daha çox, onların maddi durumlarına fikir verilirdi.
“Aktualxeber.az”-a daxil olan məlumatlarda bildirilir ki, imtahan sessiyaları zamanı tələbələrə əsil divan tutulur. Burada əsas meyar heç də bilik yox, tələbənin maddi durumu hesab edilir. Bir imtahan sessiyasının başa çatması hər bir tələbəyə minimum 600-800 manata başa gəlirdi. Məlumatlarda bildirilir ki, tələbələrdən pul toplanılması təkcə imtahan sessiyası ilə bitmir. Dərsdən yayınma hallarına görə də xüsusi “cəza məbləği” vardır. Karantinə görə həyata keçirilən onlayn təhsil isə D.Məmmədəliyeva üçün yeni bir qazanc mənbəyi yaradıb. Ümumiyyətlə 2 Saylı Tibb Kollecində haqqını ödəyib dərsə gəlməyən tələbələr də çoxdur. Belələri direktorun “xüsusi qazanc” mənbəyi hesab olunur.
Bundan başqa sözü gedən kollecdə dərslər müəllimlərə açıq-aşkar pulla satılır. Kollecdə pulyığma işlərində direktorun ən güvənilən adamı Həmkarlar İttifaqının sədri Simuzər Zeynalovadır.Kollecdə aparılan bütün əməliyyatlar bilavasitə onun rəhbərliyi altında baş tutur. Direktorun “sağ əli” hesab olunan S. Zeynalova kollecdə öz həmkarlarının da sessiyada və tədris prosesində pul toplaması əməliyyatlarına rəhbərlik edir. Daxil olan digər məlumata görə isə Simuzər xanım təkcə Həmkarlar İttifaqının sədri kimi yox, həm də direktorun “media üzrə xüsusi səlahiyyətli nümayəndəsi” kimi də fəaliyyət göstərir.Mediada kollec haqqında yazılan yazıların “saf-çürük” edilməsi bilavasitə onun süzgəcindən keçir. Qısa bir araşdırma aparsaq Simuzər xanımın mediaya hansı meyarlarla yanaşdığının, hansı kriteryalarla dəyər verdiyinin şahidi olarıq.
Uzun illər kollecdə hökm sürən bu biabırçı vəziyyət haqqında isə aidiyyatlı qurumlar – konkret olaraq Səhiyyə Nazirliyi heç bir tədbir görmür. Məlumata görə nazirliyin informasiya şöbəsinin rəhbəliyi kollecdə hökm sürən bərbad vəziyyət haqqında düzgün informasiyanın şəxsən nazirə – O.Şirəliyevə çatmasına mane olurlar. Kollecdə baş verən rüşvətxorluq, korrupsiya halları məqsədli şəkildə gizlədilir. Bu “məqsədli gizlətmə”nin isə hansı anlaşma əsasında baş tutduğunu ən yaxşı maraqlı tərəflər bilirlər.
Aktualxeber.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq.
aktualxeber.az
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024