Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel / Slayd (2-10-2020, 22:03)
“Bu qanlı döyüşlər bütün Azərbaycan xalqı üçün həqiqət anı oldu” - Malik Həsənov

 “Bu gün istər dünya, istərsə də ölkə mətbuatında əsas müzakirə mövzularından biri “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramında Azərbaycan-Ermənistan təmas xəttində baş verən son hadisələrə həsr olunan verlişdə aparıcıların suallarına Prezident İlham Əliyevin intellektual və konkret cavablarının qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın aciz duruma düşməsidir. Ermənistan rəhbərliyi faktların saxtalaşdırılmasının heç bir dövlətə dəstək qazandırmadığının bir daha şahidi oldu. Sərsəm bəyanatları ilə dünya ictimaiyyətinin diqqətini həqiqətlərdən uzaqlaşdırmağa cəhdlər göstərməyə adətkar olan Nikol Paşinyan ənənəsinə uyğun olaraq dəlillərə əsaslanmayan yalan və uydurmalar söyləsə də, artıq bu gedişlərin gərəksizliyinin fərqindədir”.
Mediatv.az xəbər verir ki, bu sözləri  Milli Məclisin deputatı Malik Həsənov deyib. O, Dağlıq Qarabağda baş verən hərbi əməliyyatlardan danışıb: “Baş verən təxribatlarda Azərbaycanı təqsirləndirən Ermənistanın baş naziri unutdu ki, sentyabrın 27-də bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutan Ermənistan silahlı qüvvələridir. Bunun nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər və yaralananlar var. Bu, bir daha Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirdiyini və bu siyasətin işğalçı dövlətin faşist mahiyyətini bütün dünyaya nümayiş etdirdiyini göstərir.”
M.Həsənov qeyd edib ki, Prezident İlham Əliyev növbəti dəfə bir daha dünya miqyaslı lider olduğunu nümayiş etdirdi:
“Cənab Prezident bildirdi ki, “Qarabağ işğaldan azad ediləcək”. Ermənistan qeyri-konstruktiv mövqeyi, təxribatları, sərsəm bəyanatları ilə danışıqlar prosesinin davam etdirilməsində maraqlı olmadığını təsdiqləyir” söyləyən millət vəkli bildirib ki, rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcəyik. Aparılan sülh danışıqlarının nəticəsi olmalıdır:
“Ermənistanın baş naziri qeyd olunan verilişdə diqqəti yayındırmaq üçün şər və böhtana əl atmaqla özünü daha da gülünc vəziyyətə saldı. Gah Azərbaycan Ordusunun cəbhə xəttində qələbələrini inkar etdi, gah münaqişənin hərb yolu ilə həllinin mümkünsüzlüyündən danışdı, gah da dost, qardaş ölkə olan Türkiyənin tərəf kimi döyüşlərdə iştirak etdiyini bildirdi. N.Paşinyanın bu sayıqlamalarına cavab olaraq dövlətimizin başçısı İlham Əliyev Türkiyənin Azərbaycana mənəvi dəstək olduğunu, qardaş ölkənin Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini yüksək dəyərləndirdiyini, Türkiyənin döyüşlərdə iştirak etmədiyini diqqətə catdırdı. Təbii ki, işğalçı dövlətin belə yalanları dövriyyəyə buraxmasının məqsəd və məramı vardır. Ən əsası Türkiyənin münaqişənin həllində vasitəçiliyinin gündəmdə olması işğalçı dövləti narahat etdiyindən belə əsassız fikirlər səsləndirir.”
Millət Vəkili vurğulayıb ki, dövlət başçısı İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan yaralı hərbçilərlə görüşdəki çıxışında da bildirib ki, Azərbaycan bu günlərdə ona dəstək olan ölkələri, təşkilatları, insanları hec vaxt unutmayacaq. Türkiyə, Pakistan, Əfqanıstan birmənalı şəkildə Azərbaycanı dəstəklədilər. Bu qanlı döyüşlər bütün Azərbaycan xalqı üçün həqiqət anı oldu. Biz görürük ki, kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər sözünün arxasında durmur. Ona görə indiki şəraitdə hansısa tərəflərdən dialoqa çağırış yersizdir:
“Cənab İlham Əliyev bu fikirləri ilə dünyanın siyasi mənzərəsini diqqətə çatdırmaqla yanaşı, işğalçı dövlətin ədalətin, haqqın yanında olan dövlətlərə şər və böhtan atmasının gərəksizliyini də ortaya qoyur" söyləyən deputat onu da əlavə edib ki, bu gün müxtəlif təşkilatlar, dövlətlərin rəhbərləri məsələ ilə maraqlanır, döyüşlərin dayandırılmasını istəyir, məsələnin sülh danışıqları ilə həllinin vacibliyindən bəhs edirlər: "Azərbaycan 30 ildir ki, sülh siyasətinə üstünlük verir, daim beynəlxalq təşkilatların tribunasından bəyan edir ki, beynəlxalq hüququn norma və prinsipləri bütün dövlətlərə eyni şəkildə tətbiq edilsin, bu prinsiplərin icrası üçün vahid mexanizm müəyyənləşdirilsin. 30 il susan dünyanın bu gün Azərbaycan Ordusunun erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını qətiyyətlə aldığını, erməni ordusunun Azərbaycan əsgəri qarşısında duruş gətirmədiyini görüb ayağa qalxaraq Azərbaycana dəstək göstərməsi və döyüşlərin dayandırılmasına çağırışlar etməsi onların siyasətinin əsas mahiyyətini ortaya qoyur. Məhz dövlətimizin başçısı İlham Əliyev Ermənistanın bu dəstəklərdən ərköyünləşməsinin nəticəsi olaraq ortaya atdığı yalan məlumatları həqiqətlər əsasında alt-üst etdi."
Deputat qeyd edib ki, Nikol Paşinyanın Azərbaycan Prezidentinin qarşısında belə rəzil duruma düşməsi ilk dəfə deyil. Dövlətimizin başçısı ilə debatlara çıxarkən Ermənistanın baş naziri hər zaman tarix və siyasət dərsi alıb”. Növbəti dərs Paşinyanı ciddi düşündürməlidir:
“Təkcə 2020-ci ilin ötən dövründə, dünyanın COVID-19-la mübarizə apardığı bir zamanda Ermənistanın təxribatlarının, bəyanatlarının xronologiyasına diqqət yetirsək, yeni ərazilərin işğalı ilə bağlı planlar hazırladığını, müharibəyə hazırlaşdığını görərik ki, bunu dövlətimizin başçısı İlham Əliyev BMT tribunasından bəyan etmişdir. Bunu “görməyən” yalnız bəzi dövlətlər, təşkilatlardır ki, onlar diplomatik mübarizədə məğlub olan Ermənistanın hazırda döyüş meydanındakı məğlubiyyətindən də narahatlıq keçirirlər. Dövlətimizin başçısı İlham Əliyev bir daha bəyan edir ki, bizim bir şərtimiz var: Erməni işğalçıları qeyd-şərtsiz, tam və dərhal bizim torpaqlarımızdan çıxmalıdırlar. Əgər bu şərtə Ermənistan hökuməti əməl edərsə döyüşlər dayanacaq, qan tökülməyəcək. Biz məsələnin həllini istəyirik”.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024