Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (15-09-2020, 10:35)
Ağsaqqalın əcəb kadr siyasəti var... - İDDİA

Ağsaqqalın əcəb kadr siyasəti var...
Azərbaycanda korrupsiyaya bataqlığında çabalayan qurumlardan birinin Meliorasiya və Su Təsərrüfatı ASC olması hər kəsə bəllidir.
İllərdi dövlət büdcəsindən bu quruma ayrılan milyardlarla manat vəsaitin böyük bir hissəsinin mənimsənilməi göz qabağındadır. Bu barədə faktlar da ortalıqdadır. Və uzun illərdir ki, bu faktlar ortalıqda durmaqdadır. Son olaraq qurumdakı korrupsiya və mənimsəmə hallarının miqyasını ASC rəhbərinin ölkə xaricində aşkarlanan böyük biznes şəbəkəsi ortaya qoymuş oldu.
O da heç kimə sirr deyil ki, bu gün Meliorasiya və Su Təsərrüfatı ASC-nin rayonlarda fəaliyyət göstərən idarə və müəsissə müdirləri milyonçuya çevriliblər. Əlbəttəki milyonçuya çevrilən bu idarə müdirləri dövlət büdcəsindən oğurladıqları pullar hesabına kiçik oliqarxllara çevriliblər. Dövlət büdcəsininin pullarını oğurlayan bütün idarə müdirlərinin Meliorasiya və Su Təsərrüfatı ASC-də ciddi havadarları mövcuddur.
Qafqaz.tv bildirir ki, başqa qurunlardan rüşvət və korrupsiyaya görə qovulanlara Əhmədzadənin komitəsində qucaq açırlar.
Axı niyə, səbəb nədir ? Korrupsiya sahəsində peşəkarlıq qazanıblar ona görə?
Məhz bu məsələyə diqqət çəkərək xatırladaq ki, bir müddət bundan əvvəl Ağcabədi rayon Yuxarı Qiyamadınlı kəndi ərazisində subartezyan quyularının təmiri zamanı su borusunu qaldırıcı kran vasitəsilə qaldırarkən boru qaynaq olunmuş hissədən qırılaraq iki nəfərin üzərinə düşmüşdü. Hadisə nəticəsində 1979-cu il təvəllüdlü, idarənin çilingəri Səfərov Rahib Əhliman oğlu və 1994-cü il təvəllüdlü kənd sakini Hüseynov Elnur Bakir oğlu ağır bədən xəsarətləri almışdılar. Qeyd edək ki, bu hadisədən cəmi bir neçə gün qabaq Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə ASC-nin yerli qurumlarından olan Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsinə Atamoğlan Babayevi rəis təyin edibmiş. İdarənin sabiq rəisi Əli Əliyev yaşı ilə bağlı təqaüdə göndərilmişdi.
2017-ci ildə Kollegiyada “Aqrolizinq” ASC-nin Ağcabədi Regional Nümayəndəliyinin direktoru vəzifəsindən fəaliyyətində ciddi nöqsanlara yol verdiyinə görə uzaqlaşdırılan Atamoğlan Babayevin yenidən Ağcabədi Subartezian Quyularının İstismarı İdarəsi kimi məsuliyyətli bir müəssisəyə rəis təyin edilməsi çox müəmmalı məsələdir. Çünki “Aqrolizinq” ASC-nin Ağcabədi Regional Nümayəndəliyində aparılan yoxlamalar zamanı gübrələrin saxlanmasında, satışında, vəsaitlərin daxil olmasında, eyni zamanda qısa müddətli lizinqə verilən taxılyığan kombaynların, traktorların və digər kənd təsərrüfatı texnikalarının istifadəsindən vəsaitlərin daxil olmasında külli miqdarda çatışmazlıqlar üzə çıxmışdı. Bu yoxlamalardan sonra A.Babayevlə bağlı istintaq başladılmış, haqqında dövlətə dəymiş bir milyon manata yaxın zərərin ödənilməsi şərti ilə cəza növü də tətbiq edilmişdi.Maraqlı olan hal ondan ibarətdir ki, bu məhkəmə prosesi Atamoğlan Babayevin məsuliyyətə cəlb olunduğu ilk və son olay deyil. Ağcabədi rayonundakı mənbəmizin aktualxeber.az-a dediyinə görə A.Babayev müxtəlif zamanlarda ayrı-ayrı vəzifələr daşıdığı zaman ən azı üç dəfə hüquqi müstəvidə problemlə üzləşib. “Azər Toxum” Məhdud Məsuliyyətli Cəmiyyətinin ona qarşı qaldırdığı məhkəmə iddiasından rayonda hələ də danışırlar. Yuxarıda qeyd etdiyimiz bədbəxt hadisə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına əməl olunmadığının nəticəsi idi. Ağcabədi rayon Prokurorluğunda iki nəfərin ağır yaralanması ilə nəticələnən istehsalat qəzası ilə bağlı araşdırmalara başlanılsa da A.Babayev yenə də cəzadan canını qurtara bilmişdi. Ona bu işdə havadarı olan Meliorasiya və Su Təsərrüfatı ASC-də işləyən iki məsul şəxs – Subartezian Quyularının İstismarı İdarələrinin fəaliyyətinə əsas cavabdeh şəxs olan sədr müavini Rafiq Aslanov və Suvarma sistemlərinin istismarı şöbəsinin müdiri Əjdər Cavadov kömək ediblər. Havadarlarının köməyi ilə oliqarxa çevrilə bilmiş A.Babayevin cəzalandırılacağı gün elə də uzaqda deyil. Son zamanlar aparılan məmur həbsləri buna əyani sübutdur.
 //aktualxeber//


шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024